Orucu tərk etmək

Orucu tərk etmək

Sual: Təqiyyə edərək oruc tutmayanın hökmü nədir?

Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və ya cima etməyə məcbur edilərsə və həmin şəxs orucunu pozarsa, orucu batil olar. Həmçinin təqiyyə edərkən – istər oruc tutmayaraq təqiyyə etmiş olsun, məsələn, onların bayram etdiyi gün oruc tutmaya, istərsə də orucu yerinə yetirərkən təqiyyə etsin, məsələn, qürubdan əvvəl iftar aça – iftar etmək vacibdir, lakin qəzasını yerinə yetirməlidir. Amma qeyd olunan üç əməldən başqa orucu batil edən digər əməlləri yerinə yetirməyə məcbur edilərsə və ya həmin əməlləri təqiyyə üzündən yerinə yetirərsə, orucunu batil olması şübhəlidir. Həmin günün orucunu tamamlayıb sonra qəzasını yerinə yetirirməkdə ehtiyat etməyi tərk etməsin.

Sual: Həddi-buluğun erkən yaşlarında olan şəxs qəsdən Ramazan ayının orucunu pozmuş və qəzalarını yerinə yetirməmiıdir. İndi həmin günlərin sayını xatırlamır. Ola bilsin ki, 3 və ya 4 gün olmuşdur. Həmin şəxs nə etməlidir?

Cavab: Qəzasını yerinə yetirmək vacibdir. Əgər hökmü bilmirdisə, kəffarə vacib deyil, əks təqdirdə isə (hökmü bilərək edibsə) kəffarə də vacibdir. Əgər günlərin sayında şəkk edərsə, az həddi seçməsi icazəlidir. Lakin vacib ehtiyata əsasən, qəzanı gecikdirdiyi üçün hər günün əvəzindən bir fəqirə 750 qram qida verməsi ehtiyata əsasən, vacibdir.

Paylaş:
Baxış sayı: 11534

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.