Orucu batil edən əməllərin hökmləri

Orucu batil edən əməllərin hökmləri

Məsələ 1: Əgər insan bilərəkdən və ixtiyari olaraq orucu batil edən bir iş görsə, orucu batildir. Əgər bilərəkdən olmasa, eybi yoxdur. Amma cənabətli olan şəxs “İzahlı şəriət məsələləri” kitabında yer alan 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl verməsə, orucu batil olar. Amma orucu batil edən əməllərdən bəzisinin orucu batil etdiyini bilməsə, bu bilməməzlikdə səhlənkarlıq etməsə və bu barədə şübhəsi də olmasa, yaxud şəriət dəlilinə istinad edərək həmin işi görsə, yemək, içmək və cinsi yaxınlıqdan başqa işlərdə orucu batil olmaz.

Məsələ 2: Əgər oruc tutan səhvən orucu batil edən əməllərdən birini etsə və orucunun batil olması inancı ilə bilərəkdən ikinci dəfə həmin işlərdən birini yerinə yetirsə, ötən məsələdəki hökm ona da aid olar.

Məsələ 3: Əgər oruc tutan şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma onu orucunu yemək, içmək və ya cinsi yaxınlıqla məcbur etsələr, məsələn, “yemək yeməsən, malına və canına zərər verəcəyik”-desələr, o da zərərin qarşısını almaq üçün bir şey yesə, orucu batil olar. Bu üç əməldən başqalarında da vacib ehtiyata əsasən, batil olar.

Məsələ 4: Oruc tutan şəxs boğazına nəyisə tökəcəklərini və ya onu orucunu açmağa məcbur edəcəklərini bilsə, həmin yerə getməməlidir. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, vacib ehtiyata əsasən, eyni hökmü daşıyır.

Paylaş:
Baxış sayı: 12617

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twenty − 1 =