Oruc tutulması müstəhəbb olan günlərdə qəza orucunu yerinə yetirmək

Oruc tutulması müstəhəbb olan günlərdə qəza orucunu yerinə yetirmək

Sual: Mən Rəcəb ayı və yaxud Şaban ayının 15-ci günü kimi oruc tutulması müstəhəb olan günlərdə, müstəhəb oruc tuta bilərəmmi, yoxsa ilk növbədə qəza oruclarını yerinə yetirməyim vacibdir?

Cavab: Üzərində Ramazan ayının qəzası olan şəxsə, müstəhəb oruc tutması caiz deyildir.

Sual: Üzərində Ramazan ayının bir neçə gün qəzası olan şəxs, müstəhəb oruc tuta bilərmi? Nəzərinizə çatdırım ki, həmin şəxs, növbəti Ramazan ayına qədər qəzanı yerinə yetirmək üçün geniş vaxt fürsətinə malikdir.

Cavab: Caiz deyil. Lakin o, həmin günlərdə savab əldə etmək üçün qəza niyyətilə oruc tutarsa, inşəallah, (müstəhəb günlərdə oruc tutmağın savabını əldə edəcəyi onun üçün) ümid edilir.

Sual: Mən eyni vaxtda həm vacib orucun qəzasını, həm də müstəhəb orucu yerinə yetirə bilərəmmi?

Cavab: Caiz deyil. Yalnız vacib orucun qəzası yerinə yetirilməlidir.

Sual: Zil-hiccə ayının ilk on günlüyündə oruc tutmağa böyük əhəmiyyət verilir. Mən iki niyyət edib həm on günlüyün orucunu, həm də üzərimdə olan Ramazan ayının qəzasının vacib orucunu tuta bilərəmmi?

Cavab: Üzərində olan vacib orucun qəzasını yerinə yetirmək niyyəti ilə oruc tutsan, həmin günlərin orucunun savabını əldə edəcəyinə də ümid var.

Paylaş:
Baxış sayı: 12973

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.