Nimeyi-Şəbanın fəziləti, gecəsinin və gününün əməlləri

Nimeyi-Şəbanın fəziləti, gecəsinin və gününün əməlləri

Bismillahir-rəhmanir-rəhim

Şəban ayının 15ci gecəsi ilin ən mübarək gecələrindən biridir.
Bu gecənin fəziləti barədə buyurur:
“Qədr gecələrindən sonra ən fəzilətli gecədir. ALLAH TƏALA(C.C.) o gecə bəndələrinə fəzilət və bərəkət əta edir. Onların günahlarını öz kəramətilə bağışlayır. Belə isə ALLAHA təqərrüb üçün çalışın. ALLAH TƏALA Öz müqəddəs zatına and içir ki, bu gecə heç bir əli, nə qədər ki məsiyət tələb etməyib, Öz dərgahından boş qaytarmayacaqdır”.
Bu gecəni daha da bərəkətli edən hadisələrdən biri dövrün imamı, Həzrəti MƏHDİNİN(əc.f.ş.) mübarək mövlududur. Həzrət(əc.f.ş.) hicri təqvimlə 255ci ilin şəban ayının 15də, səhərə yaxın, Samirra şəhərində dünyaya göz açmışdır.

Bu gecənin bir neçə əməli vardır ki, biz burda onlardan bəzilərini qeyd edəcəyik:

1. Qüsl(Bu gecənin qüslu günahların yüngülləşməsinə səbəb olar)
2. Əhya saxlamaq (istiğfar, dua və s.)
3. Ziyarət İmam Hüseyn (ə) . Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: “Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu”). Qeyd edək ki bu əməl bu mübarək gecənin ən fəzilətli əməli hesab edilir.
4. Şəban ayının salavatı (“Məfatihul-Cinan” kitabında qeyd edilib)
5. Kumeyl duası
6. Bu zikrləri ardıcıl olaraq hər birini 100 dəfə demək: “Subhanəllah”, “Əlhəmdulillah”, “Allahu Əkbər”, “La İlahə İlləllah”
7. Yüz rukətli namaz, hər rukətdə 1 dəfə Həmd və 10 dəfə İxlas
8. Cəfər-Təyyar namazını qılmaq
9. Səcdədə bu duanı oxumaq: “Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim”. Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: “Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən”. Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən:”Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək”.
10. İsmayıl ibni Fəzle Haşimi İMAM CƏFƏR SADİQDƏN(ə) nəql etdiyi dua:
“Əllahummə əntəl-həyyul-qəyyumul–əliyyul-əzimul-xaliqur-raziqul-muhyil-mumitul-bədiul-bədiiu ləkəl cəlalu və ləkəl fəzlu və ləkəl həmdu və ləkəl kərəmu və ləkəl əmru və ləkəl məcdu və ləkəşşukru vəhdəkə la şərikə ləkə ya vahidu ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd və ləm yəkulləhu kufuvən əhəd. Səlli əla Muhəmmədin vəğfirli vərhəmni vəkfini ma əhəmməni vəqzi dəyni və vəssi ələyyə fi rizqi fəinnəkə fi hazihil-ləyləti kullə əmrin həkimin təfriqu və mən təşau min xəlqikə tərzuqu fərzuqni və əntə xəyrur-raziqinə fəinnəkə qultə və əntə xəyrul-qailinən-natiqin vəsəlullahə min fəzlihi fəmin fəzlikə əsəlu və uyyakə qəsədtu vəbni nəbiyyikə iitəmədtu və ləkə rəcəvtu fərhəmni ya ərhəmər-rahimin.”
11. Həzrəti Peyğəmbərin(s.ə.a.s.) şəban ayının 15ci gecəsi oxuduğu dua:
“Əllahummə iqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə məsiyətikə və min taətikə ma tubəlliğuna bihi vizvanəkə və minəl yəqini ma yəhunə ələyna bihi musibatuddunya. Əllahummə əmtinə biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna vəcəlhul-varisə minna vəcəl sarəna əla mən zələməna vənsurna əla mən adana və la təcəl musibətəna fi dinina və la tusəllit ələyna mən la yərhəmuna birəhmətikə ya ərhəmər-rahimin.”

Şəban ayının 15ci günü 12ci imam , mövlamız Həzrəti Hoccət ibnil Həsən Əskərinin(əc.f.ş.) mübarək mövlud günüdür. Bu gündə o Həzrəti(əc.f.ş.) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbbdir. O Həzrəti(əc.f.ş.) Samirra şəhərində sərdabda ziyarət etmək təkid olunmuş müstəhəbb əməllərdəndir.

Müəllif: Kərbəlayi Anar Huseyni (məqalədə Şeyx Abbas Qumminin Məfatihul-Cinan adlı əsərindən istifadə olunub.)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

Paylaş:
Baxış sayı: 12579

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

10 − five =