Namazı qəsr qılmalı olduğu yerdə bütöv qılanın hökmü

Namazı qəsr qılmalı olduğu yerdə bütöv qılanın hökmü

Hər kim namazın qəsr qılınmalı olduğu bir yerdə namazını bilərəkdən tam şəkildə qılarsa namazı batil olar.
Amma namazı tam qılması bilərəkdən olmazsa, bu halda bir neçə surət vardır:
1. Namazını tam qılmasının səbəbi, əslən müsafirin hökmünün qəsr olduğunu bilməmək, yaxud vacib olduğunu bilməmək olmuşdursa:
Belə olan surətdə qıldığı namaz səhihdir və yenidən qılması da vacib deyil.
2. Namazını tam qılmasının səbəbi, məxsus bir halın hökmünü bilməmək olmuşdursa. Məsələn; birbaşa getməklə 44 km edən bir məsafədə namazın qəsr qılınmasını bilən bir şəxs, gediş və gəlişi ilə birlikdə 44 km edən bir məsafədə namazın qəsr qılınmasını bilməməsi səbəbiylə namazını tam qılmışdır.
Belə olan surətdə, əgər namazın vaxtı çıxmamış hökmü bilərsə, ehtiyyat-vacibə əsasən namazı yenidən qılmalıdır. Amma namazın vaxtı çıxdıqdan sonra hökmü bilərsə, namazı qəza etməsi vacib olmaz.
3. Namazını tam qılmasının səbəbi, hökmü bildiyi halda hökmü tətbiq etməkdə xətaya yol vermək olmuşdursa:
Belə olan surətdə həmin namazı vaxt daxilində yenidən qılması vacib olar. Amma vaxt çıxdıqdan sonra məlum olarsa, namazın qəzasını qılması vacib olmaz.
4. Namazını tam qılmasının səbəbi, səfəri unutmaq və yaxud müsafirə qəsr namazının vacib olmasını unutmaq olmuşdursa:
Belə olan surətdə vaxt daxilində namazı yenidən qılması vacib olar. Amma vaxt çıxdıqdan sonra yadına düşərsə, namazın qəzasını qılması vacib olmaz.
5. Namazını tam qılmasının səbəbi, hökmü və mövzunu bildiyi halda əməl əsnasında səhv etmək olmuşdursa:
Belə olan surətdə vaxt daxilində namazı yenidən qılması vacib olar. Amma vaxt çıxdıqdan sonra yadına düşərsə, ehtiyyat-vacibə əsasən gərək namazın qəzasını qılsın.
Mənbə: “əl-Məsail əl-Muntəxəbə, Seyyid Əli Sistani”.

Paylaş:
Baxış sayı: 11359

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

14 − 1 =