Namazda yaranan şəkk və zənnə aid bir şəri məsələ

 Namazda yaranan şəkk və zənnə aid bir şəri məsələ

Məsələ 336:
Əgər bir şəxs namazda şəkk edərsə, sonra namazı qurtarmamışdan əvvəl şəkki zənnə çevrilərsə, birinci şəkkinə etina etməməsi və zənninə əməl etməsi vacib olar.
Əgər namazda zənn edərsə və sonra zənni şəkkə çevrilərsə, şəkkinə əməl etməsi vacib olar.
Əgər birinci etdiyi zənn başqa bir zənnə çevrilərsə, yaxud etdiyi şəkk başqa bir şəkkə çevrilərsə, bu halda ikinci zənninə və ikinci şəkkinə əməl etməsi vacib olar.
Ümumiyyətlə, namaz qılan şəxs gərək birinci şəkkə və zənnə yox, ən son yaranan şəkkə və zənnə əməl etsin.
Məsələn:
1. Zənni bu olsa ki, qıldığım 4-cü rükətdir, sonra bu barədə şəkk edərsə, gərək şəkk edən şəxsin vəzifəsinə əməl etsin.
2. Əgər 2 və 3 rükət qıldığı barədə şəkk edərsə və 3 rükət qıldığını əsas tutarsa, sonradan 2-ci rükət olmasına zənn edərsə, gərək zənninə əməl etsin. Əgər zənni sonradan şəkkə çevrilərsə ki, görəsən qıldığım 2-ci rükətdir yoxsa 3-dür, gərək belə şəkk edən şəxsin vəzifəsinə əməl etsin.
3.Əgər 2-ci rükəti qıldığına zənn edərsə, sonradan 3-cü rükət qıldığına zənn edərsə, gərək 3-cü rükət qıldığını əsas götürsün və namazını tamamlasın.
➖➖➖➖➖➖➖➖➖
? *Mənbə:* “əl-Məsailul-Muntəxəbə, Seyyid Əli Sistani”.

Paylaş:
Baxış sayı: 12656

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × three =