Namazda təcafi etmək

Namazda təcafi etmək

Sual: Səcdədə “təcafi” etmək nə deməkdir?

Cavab: Səcdədə “təcafi” etmək; qolları (çiyindən dirsəyə qədər olan hissəsini) və əlləri bədəndən aralı tutmaq mənasındadır.

Sual: Təşəhhüddə “təcafi” etmək nə deməkdir?

Cavab: İmam camaat ikinci rəkətdə olduda ona iqtida edən şəxs ona tabe olaraq qunut tutması və təşəhhüd etməsi müstəhəbdir. Vacib ehtiyata əsasən, təşəhhüdü deyərkən təcafi etsin; yəni, əllərini yerə qoyub dizlərini azacıq yerdən qaldırsın.

Sual: “Təcafi” edərkən dizləri yerdən qaldırmaq vacibdirmi?

Cavab: Bəli, vacibdir.

Sual: Camaat namazında “təcafi” etməyi unudaraq imamla qalxıb ikinci və üçüncü rəkətləri yerinə yetirən şəxsin hökmü nədir?

Cavab: Ona heç bir şey vacib deyil.

Sual: “Təcafi” edərkən əlləri yerə qoyub dizləri qaldırmaq vacibdirmi?

Cavab: “Təcafi” edərkən dizləri yerdən qaldırmaq əsasdır. Bədənin təkcə arxasını qaldırmaq yetərli deyil.

Sual: Camaat namazında imam camaata tabe olmaq üçün məmuma “təcafi” etmək vacib olduğu halda bilərəkdən və ya hökmü bilmədən “təcafi” etməyərək, hətta oturaraq təşəhhüd deyərsə, öz namazına yaxud camaat namazına xələl gətirərmi? Səhv olaraq və ya unudaraq “təcafi” etməyən şəxs səhv səcdəsi edərsə, yetərlidirmi?

Cavab: Əgər bilərəkdən “təcafi” etməsə, onun namazının camaat namazı hesab olunması şübhəlidir, lakin namaza xələl gətirməz. Amma fərdi halda namazına mütləq surətdə bağışlanmayan xələl gətirəcək bir iş edərsə, istisnadır. Bilməyərək, səhv olaraq və ya qəflət üzündən “təcafi” yerinə yetirilməsə, heç bir şey etməyə ehtiyac yoxdur.

Paylaş:
Baxış sayı: 7771

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × three =