Namaza əhəmiyyət verməyənin cəzası

Namaza əhəmiyyət verməyənin cəzası

1. Əbu Bəsir deyirdi: İMAM SADİQİN(ə) xanımı Ummu Həmidənin yanına gedib ağanın(ə) vəfatına görə ona başsağlığı verdim. Ağladı, mən ağladığına görə ağladım. SOnra xanım dedi: “Ey Muhəmmədin atası! Əgər Əba Əbdillahı(İMAM CƏFƏR SADİQİ)(ə) ölüm vaxtı görsəydin, çox təəccüb edərdin. O öz mübarək gözlərini açdı və dedi: “Mənim bütün qohumlarımı toplayın”. Biz də topladıq. Onlara baxdı və sonra buyurdu: “Bizim şəfaətimiz namaza əhəmiyyət verməyənə yetişməyəcək”.

2. İMAM SADİQ(ə) Həzrəti Peyğəmbərdən(s.ə.a.s.) nəql edir: “Vaxtında qılınmayan və qəzaya verilən namazlar qaralmış şəkildə yuxarı qalxır. Qalxdığı zaman onu qəzaya verənə nifrin edərək deyir: Məni zay edib xarab etdiyin kimi , ALLAH da səni zay etsin.

3. Namaz üçün bir mələk təyin olunmuşur. Onun başqa bir işi yoxdur. Elə ki namaz qılan namazını bitirdi, o mələk də namazla birlikdə yuxarı qalxır. Əgər namaz düz olsa , mələkdən qəbul olunar. Yox əgər qəbul olunası namaz olmasa mələyə deyərlər: “Bunu qaytar onu yerinə yetirən insana”. Mələk də namazı gətirib bəndənin üzünə çırpır və deyir: “Vay olsun sənə ki həmişə mənə boşuna əziyyət verirsən”. İMAM CƏFƏR SADİQ(ə)

4. İMAM SADİQ(ə) öz ata-babalarından, onlar da Həzrəti ƏLİDƏN(ə), o həzrət də ALLAHIN rəsulundan(s.ə.a.s.) belə nəql edir: “Şeytan Adəm övladından 5 namazı vaxtında qılanadək qorxur. Elə ki namazları zay etdi, vaxtında qılmadı, cürətlənir və daha böyük günahlara sövq edir”.

Şeyx Səduq(r.ə.), Səvabul-əmal və iqabul-əmal kitabı, 896 , 900 , 901 və 902ci hədislər

Paylaş:
Baxış sayı: 13222

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten − nine =