Namaz qılmağın müstəhəbb və məkruh olduğu yerlər

Namaz qılmağın müstəhəbb və məkruh olduğu yerlər

NAMAZ QILMAĞIN MÜSTƏHƏBB OLDUĞU YERLƏR

Məsələ 879: Müqəddəs İslam şəriətində, namazın məsciddə qılınmasına aid çoxlu tövsiyə olunmuşdur. Məscidlərdən ən yaxşısı Məscidül-həram, sonra Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidi, sonra Kufə məscidi, sonra Beytül-müqəddəs məscidi, ondan sonra hər şəhərin came məscidi, sonra məhəllə məscidi, nəhayət bazar məscididir.

Məsələ 880: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır.

Məsələ 881: İmamların (ələyhimus-səlam) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən daha yaxşıdır. Əmirəl-möminin Əlinin (ələyhis-səlam) mütəhhər hərəmində qılınan namaz, iki yüz min namaz bərabərdir.

Məsələ 882: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. Məscidin qonşuluğunda olanın bir üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.

Məsələ 883: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.

NAMAZ QILMAĞIN MƏKRUH OLDUĞU YERLƏR

Məsələ 884: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən:
1) Hamamda.
2) Şoranlıq yerdə.
3) İnsanın qarşısında.
4) Açıq qapı qarşısında.
5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər onlara zəhmət olsa, haramdır.
6) Od və çırağın qarşısında.
7) Mətbəxdə və od kürəsi olan yerlərdə.
8) Sidik yeri olan quyu və çala qarşısında
9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur.
10) Cünub şəxs olan otaqda.
11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.
12) Qəbrin qarşısında.
13) Qəbrin üstündə.
14) İki qəbrin arasında.
15) Qəbiristanlıqda.

Məsələ 885: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan şəxsin, önünə bir şey qoyması müstəhəbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.

Paylaş:
Baxış sayı: 12651

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

7 + 11 =