Nəyə görə Fəqihlərimiz risalələrində verdikləri fətvaların Quran və hədislərdən mənbələrini qeyd etmirlər?

Nəyə görə Fəqihlərimiz risalələrində verdikləri fətvaların Quran və hədislərdən mənbələrini qeyd etmirlər?

Bağışlayan və Mehriban Allahın adı ilə

Əvvəla bu sualın cavabını bilməyimiz üçün, bilməli olduğumuz bir sıra məsələlər vardır.
Öncə bunu bilməliyik ki, “Risalə nədir? Nə üçün nəzərdə tutulmuşdur? Və nə üçün müxtəsər şəkildə yazılmışdır?

Bizlərə daha çox “Risalə” adı ilə məşhur olan bu kitabın adı “Tovzihul-Məsail”dir. Yəni “Şəriət məsələlərinin izahı”. Adından da məlum olduğu kimi hər bir fəqih bu kitabda şəriətin ümumi və əsas məsələlərini, ümumi kütlənin istifadə edə biləcəyi və anlaya biləcəyi bir şəkildə cəm etmişdir. Beləki “Ammul-Bəlva” deyilən, yəni əsasən “Gündəlik qarşıya çıxan” şəriət məsələlərini burada qeyd etmişdirlər. Ona görə ki insanlar bundan rahat şəkildə istifadə edə bilsinlər və hər adi məsələlərində çətinliyə düşüb çaşbaş qalmasınlar. Bununla da bizə məlum oldu ki, bu kitab ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur. Belə olduqduğuna görə də bu kitabda məsələləri yığcam şəkildə qeyd etmiş və bir sıra məsələləri, o cümlədən həmən məsələlərə dair hədis və rəvayətləri burada qeyd etməmişdirlər.

Lakin bu o anlama gəlməsin ki, fəqihlərimizin burada qeyd etdikləri hökümlər heç bir sənəd, hədis və rəvayətlərə söykənmir və bu onların təxəyyülünün bəhrəsidir. Əksinə, burada olan hər kiçik bir hökmün belə, geniş sənəd və dəlili vardır. Bu məsələlərdə geniş araşdırma aparmaq istəyənlər, bu mövzuda cildlərlə yazılmış olan mötəbər kitablara mürəciət edə bilərlər. Biz burada o mötəbər kitab və əsərlərin bir neçəsini qeyd edirik. Beləki bu məsələlərdə geniş araştırma aparmaq istəyənlər və “Risalədə verilən hökümlərin heç bir sənəd və dəlilinin olmadığını” düşünənlər bu mötəbər kitab və əsərlərə müraciət edə bilərlər:

43 cilddən ibarət olan “Cəvahirul-Kəlam”, Şeyx Muhəmməd Nəcəfi
41 cilddən ibarət olan “Fiqhus-Sadiq”, Ayətullah Seyyid Sadiq Ruhani
15 cilddən ibarət olan “Məsalikul-Əfham”, Şəhid Sani
6 cilddən ibarət olan “Fiqhul-İmam Cəfəris-Sadiq”, Muhəmməd Cavad Muğniyyə

Belə ki burada risalələrdə verilmiş bütün hökümlərin geniş sənəd və dəlilləri, Quran ayələri və Əhli-Beyt (ə.s)-dan nəql edilən mötəbər hədislər işığında bəyan edilmişdir. Lakin biz yuxarıda qeyd etdik ki: “Risalə ümumi kütlənin istifadə edə bilməsi və anlaya bilməsi, yeri gəldikdə hər bir yerə getdikdə yanında rahat daşıya bilməsi üçün nəzərdə tutulmuşdur.” Əgər risalədə bütün məsələ və hökmlər yuxarıda qeyd etdiyimiz kitablar kimi, ayə, hədis və mənbələriylə verilmiş olsaydı, o zaman risalə cildlərlə kitab halında olardı. Belə olduqda isə, mükəlləf gündəlik şəri məsələləri tapmaqda çətinlik çəkər, istədiyi yerə o kitabı rahatlıqla daşıya bilməzdi. Buna görədə risalələrdə bu kimi şeylər qeyd edilməmişdir.

Lakin günümüzdə “şəriətdən və elmdən cəhalətdə qalan” bəzi kəslər vardır ki, bu kimi kitablardan xəbərsiz olduqlarına görə, din alimlərimizi, fəqih və müctəhidlərimizi təhqir edir, Onların “Risalə”lərdə vermiş olduqları hökümləri hədis və rəvayətlər ilə, sənəd və mənbələri ilə qeyd etmədiklərinə görə inkar edir, əvvəldə də qeyd etdiyimiz kimi, bunu onların təxəyyülünün bəhrəsi sayırlar, belə bir məntiqsiz fikir və iradlarla alimlərimizə dil uzadırlar. Həzrəti Əli (ə.s) buyurur: “Həqiqətən insan bilmədiklərinin düşmənidir.” Bu cür şəxslər isə, elmsizlikdən, bilməməzlikdən, cahillikdən bu hala və bu qənaətə gəlmişdirlər. Əslində bu irad mənə Əhli-Təsənnidən (sünnilərdən) olan bir kəsin Nəhcül-Bəlağənin sənədlərinə tutduğu bir iradı xatırlatdı. Belə ki, Azərbaycan dilinə tərcümə edilən “Nəhcül-Bəlağə” kitabında olan xütbələrin sənəd və mənbələrinin qeyd edilmədiyinə görə belə güman etmişdi ki, bu kitabın heç bir sənədi yoxdur və buna görədə buna dair dırnaq arası məqalə yazıb, öz cahilanə fikirlərini bu cür bəyan etmişdi ki, “o kitabda da hec bir mənbə və sənəd verilməyib, çünki bu kitab qondarmadır…” Bax insanın ki elmi, savadı və məntiqi olmasa bu cür düşüncəsiz və məntiqsiz sözlər deyər. Əslində bizim cavabımız onlara deyil, bizim bu məsələyə olan cavabımız bir çox bu cür sualların təsiri altına düşən möminlərin sarsımış fikirlərini doğrultmaq və möhkəmləndirməkdir.

*****
İndi isə məsələni daha da aydınlaşdırmaq üçün Risalələrdə verilmiş olan ümumi hökümlərin bir necəsini qeyd edəcək və qarşılığında yuxarıda adlarını qeyd etdiyimiz kitablardan məsələylə bağlı bir hədis qeyd edəcəyik. Təbiiki bizim məqsədimiz izah etmək istədiyimiz məsələni müxtəsər şəkildə bəyan etməkdir. Odur ki hər məsələnin qarşılığında bir hədis ilə kifayətlənəcəyik. Ümid edirik ki, bu cür zəhərli düşüncədə olan kəslər isə, fikirlərini təmizləmək və doğrultmaq üçün bu qeyd etdiyimiz kitablara baş vuracaq və yanlış düşüncədə və cəhalət qaranlıqlarında qaldıqlarını anlayacaqlar və bu məntiqiz irad və düşüncələrindən əl çəkəcəklər. Çünki bu kitablarda hər bir hökmün geniş təhlili verilmiş və hər bir məsələyə dair Peyğəmbər (s) və Əhli-Beytindən hədis və rəvayətlər nəql edilmişdir.

Ayətullah Seyyid Əli Sistaninin, öz Risaləsində bövl ilə nəcis olmuş bədən və paltarın hökmünə dair verdiyi fətvada oxuyuruq:

“Bövl ilə nəcis olmuş paltar və bədən kürr su ilə iki dəfə yuyulmalıdır.” T. M, məs: 160

Bu məsələyə dair, yuxarıda adını qeyd etdiyimiz, Muhəmməd Cavad Muğniyyənin “Fiqh İmam Sadiq” adli kitabında, elə İmam Sadiq (ə.s)-dan belə nəql edilir:

سئل الإمام عليه‏السلام عن الثوب أو الجسد يصيبه البول ؟ قال : « اغسله مرّتين » (1)

وهذا محلّ وفاق بين الفقهاء .
[1] الوسائل 3 : 406 ، ب8 من أبواب النجاسات ، ح6

İmam Sadiq (ə.s)-dan paltar və bədənə dəymiş bövl haqqında sual etdilər. İmam (ə.s) belə buyurdu: “Onu iki dəfə yu.”

“Bu da fəqihlər arasında ittifaq yeridir.”
[1] “əl-Vəsail”, 3/406, “Nəcasət babı”, H:6

İndi isə Fəqihlərimizin Xüms haqqındakı bir məsələsinə nəzər salaq:

Ayətullah Vəhid Xorasani, öz Risaləsində, “Xümsün hökmləri” bölməsində buyurdugu fətvadan oxuyuruq:

“Əgər insan ticarətdən, sənətkarlıqdan, ya başqa yerlərdən qazanc əldə etsə, hətta məsələn, meyyitin namaz və orucunu əda edərək zəhmət haqqı almaqla olsa belə, bu qazanc özünün və ailəsinin illik qazancından artıq qalsa onun xümsünü – yəni: beşdə bir hissəsini (Deyiləcək qaydada) verməlidir.” T. M, Məs: 1769

Həmçinin bu məsələylə bağlı Muhəmməd Cavad Muğniyyəniyyənin “Fiqh İmam Sadiq” adli kitabında, İmam Museyi-Kazım (ə.s) və atası İmam Cəfər Sadiq (ə.s)-dan belə nəql edilir:

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

قال الإمام موسى الكاظم عليه السلام في تفسيرهذه آية : ما كان للّه فهو لرسوله وما كان لرسوله فهو لنا، واللّه لقد يسّر الله على المؤمنين أرزاقهم بخمسة دراهم، جعلوا لربهم واحداً، وأكلوا أربعة أحلاء
وسائل الشيعة ج 9/ ص 485 – بصائر الدرجات ص 9

و قال أبوه الامام صادق عليه السلام: ان الله لما حرم علينا الصدقة انزل لنا الخمس, فالصدقة علينا حرام, والخمس لنا فريضة

(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! (Ənfal 41)

İmam Museyi-Kazım (ə) bu ayənin təfsirində buyurur: “Allaha məxsus olan şeylər Onun Rəsuluna da məxsusdur, Onun Rəsuluna məxsus olan şeylər də bizə məxsusdur. Allaha, möminlərə onların ruzilərini beş dirhəmlə yüngül elədi. Onun beşdə birini Rəbbləri üçün qərar verdi. Onun qalan dörd dirhəmini isə Onlar üçün halal etdi.”

İmam Kazım (ə.s)-ın atası İmam Sadiq (ə.s)-dan isə belə nəql edilir:
“Allah, sədəqəni bizə haram etdiyi zaman xumsu bizə nazil etdi. Və sədəqənin bizə verilməsi haramdır, lakin xümsun bizə verilməsi vacibdir.”
“Vəsailuş-Şiə”, c.9, s.485; “Bəsairud-Dərəcat”, s.9

Biz burada adını çəkdiyiz kitablardan bir neçə məsələyə müxtəsər şəkildə toxunduq. Təbiiki biz bütün risalələrdə verilmiş hökmləri burada bir-bir bu cür təhlil edə bilmərik, çünki məqsədimiz bunu anlatmağa çalışmaqdır ki, risaləlrdə verilmiş hər bir hökmün bu kitablarda öz dəlil və isbatı vardır və buna görədə bir neçə məsələni, sözümüzə qüvvət və misal olsun deyə qeyd etdik. Allahın salamı olsun haqq axtarışında olan təəssübkeş olmayan kəslərə, Allahın rəhməti onlara olsun, Allahın qəzəbi olsun fitnə alovu püsgürdüb insanları, xüsusən cahilləri çaşdırıcı fikirlər səsləndirən insanlardan olan şeytanlara…

Paylaş:
Baxış sayı: 11578

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten − 6 =