Nə üçün duamız qəbul olmur ?!

Nə üçün duamız qəbul olmur ?!

Hz. ƏLİ(ə) belə buyurur:
Duanın qəbul olmamasının səbəbləri bunlardır ki, qəlbiniz 8 halda xəyanət etmişdir;
1. ALLAH TƏALANI tanıdınız, amma Onun haqqını yerinə yetirmədiniz.
2. Göndərdiyi Peyğəmbərə(s.a.a.s.) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz.
3. Quran oxudunuz, amma ona əməl etmədiniz.
4. ALLAHIN əzabından qorxuruq-dediniz, amma əzaba düçar edəcək işlər gördünüz.
5. ALLAHIN mükafatına çatmaq istəyirik-dediniz, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı.
6. ALLAH nemətlərindən yeyirsiniz, amma şükr etmirsiniz.
7. Əmr olundu ki şeytanla düşmən olun. Dildə “düşmənik” dediniz, amma əməldə onunla müxalif olmadınız.
8. Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz.

Paylaş:
Baxış sayı: 13606

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.