Möhürə yoxsa xalçaya səcdə?!

Möhürə yoxsa xalçaya səcdə?!

Bəzi insanlar avam və savadsız insanları aldada¬raq belə bir iradla qarşı-qarşıya qoyurlar ki, İmam Hüseynin Kərbəla torpağından hazırlanmış möhürə, da¬şa və sair şeylərə səcdə etmək şirkdir, yəni siz bunu et¬məklə Allaha şərik qoşursunuz. Daş üçün, möhür üçün səcdə edirsiniz, yəni daşa, möhürə pərəstiş edirsiniz.

Biz bu iradlara cavab olaraq deyirik: Torpağa, hə¬si¬rə, möhürə olunan səcdə ilə xalçaya, kilimə və dö-şə¬məyə olunan səcdə arasında nə fərq var? Əgər mö-hü¬rə səcdə ona pərəstiş sayılırsa onda xalçaya və kilimə olu¬nan səcdə də onlara pərəstiş sayılmalıdır. Bütün dün¬ya müsəlmanları müəyyən bir şeyin üzərinə səcdə edir¬lər. Halbuki onların səcdəsi yalnız Allah üçündür. Allah evinin ziyarətçiləri Məscidul-həramın daşlarının üzə¬rinə səcdə edirlər, Onların şübhəsiz ki, hədəfləri Allah üçündür, yəni Allah üçün səcdə edirlər. Necə ki, Allah Qurani-kərimdə buyurur: “ Göylərdə və yerdə olan¬ların hamısı Allah üçün səcdə edir.” (Rəd – 15). Bə¬li, Şiələr səcdədə üç dəfə « Subhanəllah » yəni (Allahın zatı hər növ eyib və nöqsandan pak-pakizədir) və yaxud «Subhanə rəbbiyəl ə`la və bihəmdih» (Mə¬nim Pərvərdigarım hər növ eyib və nöqsandan pak-pa¬kizədir mən Ona həmd və sitayiş edirəm) – deyirlər. Bu iradın özü məntiqsiz və bunu irəli sürənlər isə şüb¬hə¬siz ki, zəlalət və təəssüb əhlidirlər.

Burada iki ifadə alınır:

1) Əssucudu ələyh (onun üzərinə səcdə etmək)
2) Əssucudu ləhu (onun üçün səcdə etmək)

Bu ifadələrin arasında olan fərqlər aydın və bunun mə¬nası o deyildir ki, əgər müəyyən bir şeyin üzərinə səc¬də ediriksə, bu həmən şeyə pərəstiş olmuş olsun. La¬kin bəzi cahillər bu iki ifadəni biri-biri ilə qarış¬dır-dıq¬la¬rı üçün Şiələrə iftira ataraq deyirlər ki, Şiələr daşa, tor¬pa¬ğa pərəstiş edir. Lakin hər kəs səcdə anında alnını bir şe¬¬yin üzərinə qoyur və bu istər daş, istər xalça, istərsə də torpaq olsun, səcdə yalnız Allah üçündür.

Bizə tutulan iradlardan biri də budur ki; “Nə üçün siz xalçaya səcdə etmirsiniz, torpağa, həsirə və ona ox-şar şeylərə səcdə edirsiniz?”

Cavabında deyirik: Peyğəmbər (s) buyurur: «Tor-paq mənim üçün əbədi səcdəgah və pakizəlik rəmzi qə¬rar verilmişdir». “Səhihi-Buxari” c1. səh. 91. Hədis 2 (kitabus-səlat).

Sonra əlavə edib deyirik ki, Rəsulullahın səcdə et-di¬yi yerdə xalça, palaz olmamış, əksinə o Həzrət (s) tor¬pa¬ğın və qumun üzərinə səcdə edirdi. O Həzrət və onun¬la olan bütün müsəlmanlar torpağın və ya qumun üzə¬rinə səcdə edirdilər. Biz də onlara tabe olaraq daşın, tor¬pağın və ya həsirin üzərinə səcdə edirik. Şiələrin əqi¬də¬sinə görə, istər daş istərsə də torpağa, torpağın bütün his¬sələrinə səcdə etmək olar. İkincisi bunu nəzərə al¬maq lazımdır ki, səcdə yerinin pak olması namazda şərt¬dir. Nəcisə və nəcasətə bulaşmış yerə səcdə etmək ol¬maz. Buna görə də pak torpaqdan hazırlanmış möhür gö¬¬türüb, namaz qılarkən üzərinə səcdə etdikdə rahat olu¬ruq ki, pak torpağın üzərinə səcdə edirik. Əgər biz bir ovuc torpağı və ya qumu cibimizə töküb haradasa na¬maz qılmaq istəsək, onda paltarlarımızı və namaz qıl¬dı¬ğımız yeri (evi və ya məscidi) bulamış olarıq ki, bu əla¬və narahatçılığa səbəb olar. İstər yumşaq torpaq is¬tər¬sə də bərkimiş möhür olsun, əsas məqsəd səcdə edə¬rək Allah qarşısında daha artıq xuzu göstərməkdir.

Çünki qum, torpaq ən dəyərsiz əşyalardır. Biz də bə¬dən üzvlərimizin ən qiymətlisini, alnımızı ən də¬yər-siz şey olan torpağın üzərinə qoyub səcdə edirik ki, da¬ha artıq xuzu ilə Allaha ibadət etmiş olaq. Çünki, əgər in¬san səcdə halında öz alnını qiymətli səccadəyə, qızıl, gü¬müş, xalça, palaz, libas və sair bu kimi qiymətli şey¬lə¬rə qoysa onun Allah müqabilində bəndəçilik və xuzu də¬rəcəsi azalacaqdır. Ola bilər ki, bu halda ümu¬miy¬yət¬lə Allah qarşısında bəndəçiliyə və kiçilməyə səbəb sa¬yıl¬maz.

Bu məsələ ilə əlaqədar İmam Sadiq (ə)-dan nəql olun¬muş bu hədisi qeyd etməyimiz yerinə düşər. İmam Sadiq (ə)-ın əshabı və tələbələrindən olan Hişam ibn Həkəm belə deyir: «İmam Cəfəri Sadiq (ə)-dan nə¬lə-rin üzərinə səcdə etmək səhihdir? Deyə soruşdum. İmam Cəfər Sadiq (ə) belə buyurdu: İnsanların ye¬di-yi və geydiyi maddələr xaricində torpağa və tor¬paq-dan cücərən hər şeyə səcdə edilməlidir. Dedim: Sənə fəda olum bunun hikməti nədir? İmam belə bu¬yurdu: Səcdə Allah üçün itaət və bəndəçilik əla¬mə¬tidir. Buna görə səcdə yeyilən və geyilən mad¬də¬lə¬rin üzərinə edilməməlidir. Çünki dünyapərəstlər ye-dikləri və geyindikləri şeylərin qullarıdır, halbuki in¬san səcdə zamanı Allaha pərəstiş edir, deməli öz al¬nını dünyapərəstlərin məbudu olan, onların məf¬tun olduqları şeylərin üzərinə qoyması yaxşı de¬yil¬dir. Torpağa səcdə etmək daha yüksək və daha yax¬şı¬dır. Çünki böyük Allahın müqabilində bəndəçilik və xuzu etmək daha yaxşıdır». “Əl-Vəsail” c3, B.3, əbvabe ma yəscudu ələyh. “Biharul-ənvar” c85, səh 147.

Allahu-Təala Qurani-kərimdə buyurur: “Peyğəmbər heç vaxt nəfsani istəkləri üzündən da-nış¬mır. Onun sözləri ilahi vəhydən başqa bir şey de-yil¬dir”. (Nəcm-4)

“Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qə¬bul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun”. (Həşr-7)

Biz bu ayələrə baxdıqda görürük ki, Allah Rəsulu hə¬vayi nəfsindən danışmır, onun sözləri yalnız ilahi vəhy¬dir və Rəsulun sizin üçün gətirdiyi hər bir şeyi qə¬bul edin deyir. Peyğəmbər (s) isə buyurur: «Torpaq mə¬nim üçün əbədi səcdəgah və pakizəlik rəmzi qə-rar verilmişdir». “Səhihi Beyhəqi” c1, səh 212. “ Səhihi-Müslim” 1, səh 371. c2, səh 64, kitabul məscid və məvazius-səlat. “Səhihi-Buxari” c1, kitbus-səlat, səh 91. “Səhihi-Tirmizi” c2, səh 131. “İqtizau-siratil-mustəqim” İbn Teymiyyə, səh 332.

Burada hədisin mənası onu ifadə edir ki, “Qərar ve¬ril¬mişdir” sözündən məqsəd, İlahi bir hökmdür ki, İs¬lam dinində olanlar bu ilahi hökmə əməl etməlidirlər. De¬məli, torpağa səcdə olunması Allah tərəfindən təyin olu¬nan İlahi qanundur. Necə ki, İmam Sadiq (ə) bu¬yu-rur: «Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə et¬mək isə Peyğəmbərin sünnəsdir». “Vəsailuş-Şiə” c3, səh 593. (Beyrut çapı)

Paylaş:
Baxış sayı: 11187

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.