Məbəs gününün və gecəsinin əməlləri

Məbəs gününün və gecəsinin əməlləri

Bismillahir-rəhmanir-rəhim

Mübarək Rəcəb ayının 27ci günü, Həzrəti MƏHƏMMƏDİN(s.ə.a.s.) peyğəmbərliyə seçildiyi gündür. Bu günün gecəsi ən fəzilətli və ən şərəfli gecələrdən biridir. Bu mübarək günün və gecəsinin bir neçə əməli vardır ki, aşağıda onların bəzilərini qeyd edəcəyik;

Məbəs gecəsinin əməlləri barədə bir neçə rəvayətlər nəql edilmişdir ki, onlardan bəzilərini siz əzizlərin diqqətinə çatdırırıq:

1. İMAM MƏHƏMMƏT TƏQİ(ə) buyurur: Rəcəb ayında elə bir gecə vardır ki, o gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27ci gecəsidir ki, onun sübhü Həzrəti Peyğəmbər(s.ə.a.s.) risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir. Həzrətdən(ə) soruşdular: Bu gecənin əməli nədir?
Ağa(ə) buyurdu ki, İşa namazını qılıb yatdıqdan sonra gecə yarısından qabaq istədiyin vaxt yuxudan ayılıb 12 rükət namaz qılırsan.(6 dəfə sübh namazı 2 rükət namaz qılınır. Hər namazda qiyam vaxtı Fatihədən sonra istənilən kiçik surələrdən biri oxuna bilər). Hər 2 rükətlik namazdan sonra 7 dəfə Fatihə, 7 dəfə Nas, 7 dəfə Fələq, 7 dəfə İxlas, 7 dəfə Kafirun, 7 dəfə Qədr, 7 dəfə də Ayətəl Kursini oxuduqdan sonra aşağıdaki duanı oxuyun:

“Əlhəmdulillahilləzi ləm yəttəxiz vələdən və ləm jəkulləhu şərikun fil mulki və ləm yəkulləhu vəliyyun minəzzulli və kəbbirhu təkbirən. Allahummə inni əsəlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə və biismikəl-əzəmil-əzəmil-əzəm. Və zikrikəl əla əl-əla əl-əla və bikəlimətikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təfələ bu ma əntə əhluh.”

2. İstənilən bir dua oxumaq.(Yəni bu gecəyə məxsus olmayan hər hansı bir duanı oxumaq)

3. Qüsl etmək

4. 30 rükət namaz qılmaq(15 dəfə 2 rükətli sübh namazı kimi). Bu namazların hər rükətində 1 dəfə Fatihə, 10 dəfə İxlas surəsini oxumaq

5. Həzrəti ƏLİNİN(ə) ziyarəti

və sair dualar və zikrlər mövcuddur.

Məbəs gününün əməlləri 

1. Qüsl etmək

2. Oruc tutmaq(bu gün il ərzində 4 gündən biridir ki, bu günün orucunun savabı 70 ilin orucuna bərabərdir)

3. Bacardıqca çoxlu salavat demək

4. Həzrəti Peyğəmbər(s.ə.a.s.) və Həzrəti ƏLİNİN(ə) ziyarəti

5. 12 rükət namaz qılmaq. 6 dəfə 2 rükət namaz qılmaq. Hər 2 rükət namaz bitdikdən sonra 4 dəfə Fatihə, 4 dəfə İxlas, 4 dəfə Nas, 4 dəfə Fələq surələri ,  4 dəfə“lə iləhə illəllahu vəllahu əkbər və subhənallahi vəl-həmdulillahi və lə həvla və la quvvətə illa billahiləliyyil əzim” zikri, 4 dəfə “Əllahu Əllahu rəbbi lə uşriku bihi şəyən” zikri, 4 dəfə “Lə uşriku birəbbi əhədən” zikri oxunur.

Və sair əməllər , dualar və zikrlər mövcuddur ki müfəzzəl dua kitablarında qeyd edilmişdir.

Tərtib edən: Kərbəlayi Anar Huseyni

Paylaş:
Baxış sayı: 11964

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

12 − twelve =