İstibra və qüsl

İstibra və qüsl

SUAL:
1): Cənabət qüslundan əvvəl bövl (sidik) etmək vacibdirmi?
2): Qüsuldan sonra bövl edilərsə və bövl ilə birlikdə sperma da xaric olarsa qüsl batil olurmu?
CAVAB:
MƏSƏLƏ 198:
Bövl ilə istibra etmək (sidik kanalını təmizləmək) qüslun səhih olmasında şərt deyil. Lakin əgər cünub olan şəxs bunu tərk edərsə və qüsl alarsa, sonra da ondan məniyə (spermaya) oxşar bir nəmlik xaric olarsa, zahirə əsasən bu nəmlik məni hökmünü daşıyır. Məni xaric olan zaman qüsl aldığı kimi bu züman da qüsl alması vacib olar. İstər bövl etməsi çətin olduğuna görə əliylə istibra etmiş olsun, istər olmasın, fərq etməz. Yalnız istisna olan hal budur ki, bu cür (əliylə) istibra etməklə və yaxud başqa bir yolla bilə ki, sidik kanalında məni qalmamışdır.
MƏSƏLƏ 199:
Əgər qüsl alandan sonra bövl edərsə və qüsuldan əvvəl də bövl etməmiş olarsa, qüslunu yenidən alması vacib deyil. Hətta sidiklə birlikdə məninin də xaric olması ehtimal olunsa belə.
MƏNBƏ: “Minhacus-Salihin, cild 1, Seyyid Əli Sistani”.
MƏNBƏ: “Muntəxəbu minhacis-Salihin, Şeyx Vəhid Xorasani”.
İZAH:
1): Hər iki fəqih (Allah onlardan razı olsun) bizlərə bunu bəyan edir ki, cünub olan şəxsə vacib deyil ki, ondan sperma çıxandan sonra sidiklə istibra etsin və ya etməmişdirsə qüsl almadan öncə sidiklə istibra etsin, yəni sidik etsin ki, onun sidik kanalı təmizlənsin. Elə cünub olandan dərhal sonra gedib qüsl ala bilər. Amma qüsuldan sonra ondan bir şey xaric olarsa və spermaya oxşayarsa, istər əvvəl əliylə adi istibra qaydasında istibra etsin və ya başqa bir yolla kanalı təmizləsin, istər təmizləməsin, fərq etməz, gərək yenidən gedib qüsl alsın. Çünki hər iki fəqihin rəyi budur ki, məniyə oxşar bu nəmlik elə məni hökmünü daşıyır.
Amma sidik etmədən kanalda qalan spermanı əliylə istibra edərək və ya başqa bir yolla çıxardarsa və bununla da bilərsə ki, kanalda spermadan heç bir şey qalmamışdır, bu halda qüslunu yenidən alması lazım deyil.
2): Cünub olan şəxs sidiklə istibra etmədən qüsl alır, daha sonra bövl edir və ehtimal edir ki, sidiklə birgə sperma da çıxmışdır. Bu halda qüslunu yenidən alması vacib deyil.
NƏTİCƏ:
Sperma xaric olandan sonra yaxşı olar ki, bövl edilsin və yaxud kanalda spermanın qalmadığına əmin olacaq qədər bir şey edilsin. Çünki edilməzsə və sonra məniyə oxşar bir şey çıxarsa, gərək yenidən qüsl alaq.
Vəssəlamu ələykum və rəhmətullah.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 9809

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten + nineteen =