İnsanın boynuna gələn təklifin şərtləri

İnsanın boynuna gələn təklifin şərtləri

İnsan müəyyən şərtlərə cavab verdiyi təqdirdə ilahi hökmlərə, qayda-qanunlara riayət etməlidir. Bu şərtlər “təklif (mükəlləfiyyət) şərtləri” adlandırılır. Onlardan hər hansı birinə cavab vermədiyi halda isə insan mükəlləf deyildir. Bu şərtlərdən bəziləri aşağıdakılardır:
a) Əql: Təklifin ilk şərti mükəlləfin ağıl və təfəkkür qabiliyyətinə malik olmasıdır. Dəli olan və lazımı təfəkkür qabiliyyətinə malik olmayan insan İslamda mükəlləf sayılmır və ağıl çırağı insanın daxilini aydınlatmadıqca, insan iman və küfrü, haqq və batili, vacib və haramı ayırd etmək qüdrətinə malik olmadıqca öhdəsinə heç bir təklif düşmür. İnsanın əql və təfəkkür qabiliyyəti təklifin əsası və ilahi mühakimənin meyarıdır.
Bir hədisdə İmam Baqirin (ə) belə buyurduğunu oxuyuruq: “Allah qiyamət günü bəndələrini mühakimə edərkən dünyada onlara bəxş etdiyi əqlin qədərini (səviyyəsini) nəzərə alacaqdır(2)”.
b) Qüdrət: Təklifin ikinci şərti qüdrət, yəni Allahın insandan tələb etdiyi işi görmək bacarığıdır. Qurani-kərim bununla bağlı buyurur: “Allah hər kəsi qüvvəsi yetdiyi qədər yükləyər (mükəlləf edər)…(3)” Həmçinin, bir hədisdə İmam Hüseynin (ə) bu şərtlə bağlı belə buyurduğu nəql edilir: “Allah taqətini aldığı hər bir bəndəsini itaətdən azad etmiş, qüdrətdən məhrum etdiyi hər bir bəndəsinin üzərindən mükəlləfiyyəti götürmüşdür(3)”.
c) Həddi-büluğ: Təklifin üçüncü şərti həddi-büluğdur. Həddi-büluğ, sayəsində insanın Allahın müxatəbi olmaq, bir sıra ilahi göstəriş və əmrlərin icrasının ona vacib olması, qadağan edilmiş işlərin ona haram olması, onun dini vəzifələri yerinə yetirməklə Allaha yaxınlaşmaq və bəndəlik, özünü Rəbbinə təslim etmə sınağından başıuca çıxmaq şərəfinə nail olduğu mübarək bir hadisədir.

istinad: Seyyid Əli Huseyni Sistaninin hökmləri

Paylaş:
Baxış sayı: 11739

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.