İmamət sisteminin davam etməsi

İmamət sisteminin davam etməsi

Sual:

İmamət quruluşu və sistemi qeybəti- suğranın sona çatması və qeybəti- kubranın başlaması ( hicri-qəmərinin 329-cu ili) ilə sona çatdımı? Həzrət Məhdinin (ə) zühurundan sonra bu sistem yenidən bərpa olunacaqdır ya imamət quruluşu öz ardını davam etdirəcəkdir?

Cavab:

İmamət rejimi ilahi, ardıcıl və qırılmaz bir rejimdir və arasında fasilə salacaq bir dövr yoxdur, hər zaman və hər əsr mövcuddur; həzrət Rəsulunun (s) əsrindən tutmuş indiyə kimi təşkil və bərpa olunmuş və indidə vardır; dünya durduqca həmişə olacaqdır; necə ki, Əmir əl-möminin (ə) buyurdu:

لا تخلو الارض من قائم لله بحجة ؛ إما ظاهراً مشهوراً، واما خائفاً مغموراً، لئلا تبطل حجج الله وبيناته 1

“Yer üzü Allah üçün qiyam edən höccətdən boş olmayacaqdır (və bu höccət) ya görünən və məşhurdur ya çəkinən və gizli, onun üçün belə olmalıdır ki, Allahın höccətləri və onun nişanələri batil olmaya və aradan getməyələr.”

Hammıya vacibdir ki, İmamət sistemini tanısın və ona iman bəsləsin, hər zaman və hər yerdə camaat, yalnız gərək, bu qurluşa itaət etsinlər; hər kəs harada və dünyanın hər hansı nöqtəsində yaşayır yaşasın, hər hansı bir ixtisası və işi olur olsun – hərbiçi olsun ya məmur, tacir olsun ya sənətkar, alim olsun ya tələbə — gərək bu rejimə müti, bu qurluşa və onun proqramlarına tabe olsun, fərqi yoxdur bu quruluş vəziyyəti tamamən əlinə alsın ya almasın, qəsbkar hökumətlər yerlərdə müdaxilə etsinlər ya etməsinlər.

Bu hökümətdir, dindir, siyasətdir, rejim və quruluşdur; deməli, əgər bir nəfər müsəlman qeyri-qanuni hökumətlərin siyasi iqtidarı və idarəçiliyi əlinə aldığı Çinin ya Avropanın ya Amerikanın ya hər hansı bir ölkənin ən ücqar nöqtəsində də yaşasa, ilahi imamət quruluşuna mütı olmalıdır ki, beləliklə ilahi hökumət quruluşunda olsun.O vəzifə və iş proqramını imamət quruluşu yolu ilə təyin etməlidir. Lap əgər, kafirlərin rəsmi hökuməti altında olan ərazilərdə də yaşasa, onların müəssisə, nazirlik və idarələrinin işcisi olsada belə yenə imamət qurluşuna tabe olmalıdır və o qurluşdan göstəriş olmalı və ona itaət etməlidir.

Bu rejimin əhatə dairəsindən və rəsmi nüfuz çəçivəsindən uzaqlarda yaşamaq, hər hansı bir şəxsi, ona itaət etməmək və tabe olmamaqda üzürlü etmir.

Əbuzər, Səlman, Muqdad, Əmmar Yasir və belə şəxsiyyətlər qəsbkar rejimin hakimiyyəti dövründə imamət qurluşuna tabe idilər; Əli ibn Yəqtin və Məhəmməd ibn İsmail ibn Bərii kimilər zahirdə Harunun dövləti və Bəni Abbasın hökuməti üçün işləyirdilər, eyni halda, imamət quruluşuna itaət edirdilər.
Hər kəs, gərək özü müəyyən etsin ki, yaşayışında və özünə aid olan bütün sahələrdə hansı rejim və qurluşa itaət etsin və hansı hökumətə tabe olsun.

Aydınlaşdırmalıdır ki, Allahın hökumətinin vətəndaşlığını qəbul etmişdir ya tağutun hökumətinin vətəndaşlığını, Allaha iman gətirmişdir ya tağuta.

Təəssüflər olus ki, müsəlmanların çoxu bu çox mühüm məsələyə lazımınca diqqət yetirməmiş, “ vilayət” in mənasını dərk etməmiş və onun itayət mahiyyəti daşıyan bu sahəsinin əhəmiyyətindən qafil qalmışlar, çox mömin və dindar olanlar da bir sıra vacib əməlləri yerinə yetirmək və haramları tərk etməklə kifayətlənmişlər. Onlar hal-hazırda hansı vətəndaşlığı qəbul etməli olduqlarından qəflət etmişlər və əgər qeyri qanuni hökumətlərin vətəndaşlığını qəbul etməsələr də şəri hökumətin vətəndaşlığını da agah şəkildə qəbul etməmişlər və onun qarşısında olan vəzifə və məsuliyyətlərinə diqqət yetirməmişlər və şərii bir cəmiyyətə vətəndaşlıq etmək məsələsini dini vəzifələri hesab etməmişlər.

Əhli-sünnət məzhəbinə uyğun olacaq, mümkündür ki, şəriət cəmiyyəti yaratmaq müəyyən dövrlərdə fasilə ilə üzləşsin və süstliklə qarşılaşsın və bəzi zamanlar müxtəlif səbəblər üzündən islam cəmiyyəti tətil olunsun və həmçinin mümkündür ki, şəriət cəmiyyəti təşkil olmayan zamanlarda ona tabeçilik məsələsidə ortaya çıxmasın və bəlkə demək olar mənasız bir şeyə çevrilsin.

“Şiə” məzhəbinə uyğun olaraq isə imamət sistemi daimi və davamiyyətli bir rejimdir, həmişə və bütün şəraitlərdə, şəriət cəmiyyətinin vətəndaşı olmaq qlabal və mühüm bir vəzifədir.

Hökumət Allaha məxsusdur:
Gərək təkcə Allaha pərəstiş və itaət olunsun, onun üçün itaət xalis olsun və insanlar onun hökuməti, səltənəti və rejimi qarşısında müti və itaətkar olsunlar:
Möhkəm, davamlı, düzgün və haqq din budur:
İmamət rejimi Allahın hökuməti deməkdir; Bu rejimə tabe olmaq Allahın hökümünə təslim olmaq və Allahın hökumətinin ərazisində yaşamaq və Allahdan başqasının hökumətinə inam bəsləməməkidir.

Fərqi yoxdur, istəyir imamların (ə) yaşadıqları və qəsbkar hökumətlərin onların işlərdə rəsmi müdaxiləsinə mane olduqları əsirlərdə olsunlar ya imamın (ə) qeybə çəkildiyi qeybəti-kubra əsrində, gərək hər bir müsəlman bu rejimdə ( imamət sistemində) üzvliyə yazılsın, buradan tapşırıq alsın və həqiqi şəxsiyyət vəsiqəsini bu hökumətdən alsın.

Şəriət cəmiyyəti həmişə bərqərardır, sərhəd, ərazi və ölkə tanımır, harada dindar bir şəxs və mömin bir müsəlman vardırsa, ora bu cəmiyyətin icra ərazisi hesab olunur.

Bu gün, ümumilikdə bütün müsəlmanlara və xüsusən, şiələrə başa salınması lazım olan şey, tabeçiliyi gərək olan rejim və itaəti vacib olan sistem məsələsidir.

Əgər bu məsələ düzgün dərk olunsa, işğalçıliq və istismar, hegamonluq və despotizmin xarici himayədarları ilə mübarizə etmək üçün istifadə olunan yeganə vasitəyə çevriləcəkdir.

Bu imamət hökumət və sistemi idi ki, “tənbəkinin haram edilməsi” hadisəsində Böyük Birtaniya dövlətini diz çökdürdü və Nəsrəddin şah hökumətinin zülmünün kökünü kəsdi və istismarçıların ürəyinə qorxu saldı.

Bu Iranın müsəlman və şiə camaatı idi ki, bir hadisədə bütün dünyaya elan etdi ki, elə bir rejimin vətəndaşıdırlar ki, onun rəhbərliyi mərhum Ayətullah Mirzayi Şirazinin – Allah onun məqamını uca etsin – əlindədir, və Nəsrəddin şahın zülmkar rejiminin vətəndaşlığını qəbul etmirlər.

İmamət sistemi islam konsensiyasının ən təkan verici və ən qurucu proqramlarından biridir,[3] amma, təəssüflər olsun ki, ondan islam hədəf və məqsədlərini həyata keçirdmək, əmr be məruf və nəhy əz münkər, təcavüzkarlıq və aslılığa qarşı mübarizə sahəsində geniş sürətdə istifadə olunmur; bu sistem, lazımınca, kütləyə təbliğ olmamış, bu quruluşa və onun müxtəlif sahələrinə iman bəsləmək və bu qurluşa iman gətirən şəxsin öhtəçilikləri ümümxalq səviyyədə və qlobal şəkildə insanla şatdırılmır.

Bizim fikrimizcə, cəmiyyətin ən mühüm zəif nöqtələri və geridə qalmaqlığının kökündə imamət prinsipinə diqqət yetirməmək, bu prinsipə tabeçilik və ona etiqad bəsləməyin nəticələrini lazımınca tanımamaq və tabe olmamaq durur; bir çoxları imaməti indiki əsrdə əməldən uzaq olan etiqaqi bir məsələ hesab edirlər və onu imamın hazır olduğu dövran və əsrə aid edirlər. Onlar bilmirlər ki, indinin özündə də imamət sistemi mövcud və bərqərardır və yalnız ondan itaət etmək dünya və axirətin nicat yoludur. İmamət qurluşu və şəriət hökumətinə inam bəsləmək, bütün sahələrdə quruculuq qüvvəsinə malikdir. Bu xalis tövhid əqidəsinin bir şöbəsidir və ondan ayrılmır. Bu qiymətli məşhur hədis – bütün əsrlər, zamanlar və yerlərdə həmin davamiyyət və həmin daimi itaətin lazımlığına israr edir. Bəli, imamət sisteminə əqidə bəsləmək, elə tövhid prinsipinə, Allahın hökuməti və haqqın səltənətinə əqidə bəsləməyin bir hissəsi olduğuna görə də “hər kəs ölə və öz zamanının imamını tanımaya cahiliyyət dövründə ölmək kimi ölmüşdür.”

Başqa qurluşlara itaət etmək bir növ nəzəri və əməli şirk olduğuna görə, həzrət Sadiq (ə) bir hədisdə belə buyurur:
“Allah tərəfindən olmayan zalim bir rəhbərin vilayətinə ibadət edən bir kəsin dini yoxdur.”

Həzrəti imam Baqir (ə) buyurur:
“Uca Allah buyurmuşdur: islamda Allah tərəfindən olmayan zalım rəhbərin vilayətində dindar və mömin olan hər bir rəiyyətə rəiyyətinə, hökmən əzab verəcəyəm, lap əgər o rəiyyət öz işlərində xeyirxah və pərhizkar olsalar da belə və islamda Allahın tərəfindən olan adil bir rəhbərin vilayətində dindar və mömin olan hər bir rəiyyəti, hökmən əfv edəcəyəm, lap əgər öz-özlüklərində zalim və pis əməlli olsalarda belə.”

Bunun kimi hədislərdən [7] imamət və siyasi rəhbərliyin əhəmiyyəti və onun cəmiyyətdə rolu məlum olur və həmçinin məlum olur ki, əgər bir millət və şəxs bu pirinsipdə səhlənkarlıq etsə, cəmiyyətə nəzarər edən quruma və onun nə dərəcədə şəriətə riayət etməsinə etinasızlıq göstərsə və bu məsələdə özünü cavabdeh saymasa ( başqa işlərdə şəriətin göstərişlərinə əməl də etsələr ) sorğu-sual və əzaba laiq olacaqdır.

Həmçinin, bu hədislərdən belə bir nəticə çıxır ki, imamət qurluşu məhdud quruluş olmamış, davamiyyətli və əbədidir, bu sistem imamın hazır olduğı əsrə xas deyil, həmişə təşkil olunmuşdur və heç vaxt tətil olmamış və olmayacaqdır.

Bizim əsrdə də şəriət hökuməti bu pirinsip əsasında bərqərardır və heç bir kəs itaətkarsızlıq göstərdiyinə və başqa qurumları qəbul etdiyinə görə üzrlü hesab olunmur və əsrin imamının (ə) varlığına və onun diriliyinə əqidə bəsləməyin mənası şəriət hökumətinin varlığına əqidə bəsləmək və səlahiyyətli fəqihlərin əmrləri, təklif və tapşırıqlarına itaət etməyin lazım və vacib olmasıdır.

Yenə də təkrar edirəm ki, bu hökumətin nüfuz dairəsinin sərhəddi yoxdur və hər yerdə ki, müsəlman və şiə vardır gərək orada nüfuza malik olsun və hər kəs gərək özü ilə Allahının arasında bu sistemə tabe olsun, lap əgər bu sistem zahirdə idarəçiliyi əlinə almasa və “böyük” hökumətlərin qudrətinə malik olmasa da.

Sözün qisası, bizim əqidəmiz tövhid əqidəsidir və bu məsələyə diqqət yetirmək çox zəruridir:

“Hökm Allah üçündür və fərman ona məxsusdur, hakim odur, sultan odur, vali odur, mövla odur və …”

Beləliklə, Allahın izni və Tanrının hökmü olmadan heç kəs və heç bir qrup heç bir kəsə hökumət edə bilməz, heç bir kəsə vilayət və səltənət etmək haqqına malik deyildir; bütün insanlar gərək, Allahın hökuməti altında yaşasin və Allahın məmləkətinin sakini olsunlar.

Deməli, Allah tərəfindən olmayan qrumlar hər hansı rejim və quruluşa uyğun olurlar olsunlar batil və onlara itaət etmək kökündən haramdır, yalnız ilahi xəlifələrin və onların naiblərinin hökuməti şərii və itaəti vacibdir və bu məqam onlardan başqa heç bir kəs üçün sübuta yetişməmişdir.

Uca Allah bizi bu məsələlərin həqiqətlərini dərk etməyə hidayət etsin

Və axrıncı istəyimiz budur ki, həmd olsun aləmlərin Rəbbinə.

Rəhman və rəhim Allahın adı ilə

Allaha Həmd və şükürlər olsun bizə kömək etdi ki, Həzrət Vəli Əsr[8] Höccət[9] ibni Həsən Əskərinin (canımız ona fəda olsun) andan olmasının min yüz altımış ikinci ildönümündə ”imamət və məhdəviyyət silsiləsindən” əhli-beyt ismət və təharət məktəbinin himayətçi və təbliğatçısı, əqidə sərhədlərinin sadiq keşikçisi böyük alim həzrət ayətullah uzma hac şeyx Lütfillah Safi Gülpayiqaninin (Allah ömrünü uzun etsin) qələmi ilə yazılan on dördüncü əsəri həzrət Vəli Əsrin görüşünün arzusu və intizarlarında olanlara təqdim edək.

Bu qiymətli əsərdə o Həzrətin həyatı barəsindən müxtəlif sual cavablar, onun xususiyyət və özəllikləri, qeybət və zuhuruna aid məsələlər toplanmışdır. Çox qiymətli və eyni zamanda qlobal bir mövzu olan mövlamız Bəqiyyətullah[10] Hoccət ibn Həsən Əskərinin (aləmdəkilərin ruhları qədəmlərinin altındakı torpağa fəda olsun) imamət və məhdəviyyəti barəsindəki “ümumi və xususi imamət və vilayət” mövzusu haqqında olan bu əsər kecən illərdə müxtəlif münasibət və fürsətlərdə o böyük alim tərəfindən yazılmış və dəfələrlə ölkənin tanınmış nəşriyatlarında cap və nəşr olunmuşdur.

Bu silsilə bəhslərdən olan doqquzuncu əsərin adı “On sualın cavabi”dır, ümüd edirik bu qiymətli kitabın işıq üzü görməsi uca Allahın razılığını və həzrət Bəqiyyətullah vədə verilmiş Məhdinin[11] (Allah onun zuhurunu tezləşdirsin), o, zamanənin xilaskarının və gözlərini dünya qütbünün müqəddəs astanasına dikmiş gözü yol cəkənlərin mərhəmətli nəzərlərinə səbəb olacaqdır.

Qeydlər:

[1] – Nəhcül-bəlağə, hikmət147; Təzkirətol-Hafiz, Zəhəbi, cild 1,səh.12.

[2] –Yusif surəsi, ayə 40.

[3] – Bu qurluşa iman gətirmək və əqidə bağlamağın ən kiçik faydası vəziyyəti əlinə almış hər hansı bir quruluşa nəzarət və məhdudiyyətin icad edilməsidir. İmamət sisteminə əqidə bəsləmək şəriətdən kənar düşmüş quruluşları da məhdudlaşdırır və onların diktatorluq və özbaşnalıqlarının qabağını alır; insanların özlərini kor-korana onlara tabe etməklərinə mane olur. İmamət qurluşu hər hansı bir mərhələdə nufuz dairəsinə malik olsa, həmin mərhələdə zülm, fəsad və təzyiqlərin qabağını alan bir sistemə çevrilir, burada bundan artıq izah etməyə macal yoxdur.

[4] – “Hər kəs ölə və zamanəsinin imamını tanımaya cahiliyyət dövründə ölmək kimi ölmüşdür” ( Müntəxəbul-əsər, səh. 15.)

[5] – Kafi, cild 1, səh. 375.

[6] – Kafi, cild 1, səh 376, hədis 4.

[7] – Bunu da qeyd edək ki, Əhli-beytin vilayəti və heç bir əməlin vilayətsiz fayda vermədiyi barədə çoxlu hədislər bizə gəlib çatmışdır; onların bir hissəsini “Əmanul-ummət” kitabında nəql etmişəm, onların hammısı imamət sisteminin əhəmiyyəti, ümmətin ona təzim və itaət etməsinin lazımlığına dəlalət edir.

[8] -Vəli Əsr -12-ci imamın ləqəblərindəndir, ,,əsrin hakim ,, mənasınadır.(tərcüməçidən)

[9] -Höccət- 12-ci imamın ləqəblərindəndir, ”dəlil” mənasını daşıyır, yəni Allahın bəndələri ücün haqq yola olan bir dəlilidir.

[10] – Bəqiyyətullah- 12-ci imamın ləqəblərindəndir.”Allahın diri saxladığı” mənasınadır.

[11] -Məhdi- 12-ci imamın ləqəbindəndir.”Hidayət olunmuş” mənasınadır.

Paylaş:
Baxış sayı: 10008

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

17 − ten =