HZ. ƏLİNİ (ə) sevməyin üstünlükləri

HZ. ƏLİNİ (ə) sevməyin üstünlükləri

Həzrəti Peyğəmbər(sallallahu əleyhi və alihi vəsəlləm), ondan Həzrəti ƏLİ(ə) haqqında soruşan kəsə belə buyurur:

Niyə insanlar məndən ALLAH yanında məqamı mənim məqamıma bərabər olan şəxs barədə soruşurlar?! Kim Əlini sevsə məni sevmiş olur və kim məni sevsə ALLAHIN razılığı onun üzərindədir. ALLAHIN razı olduğu kəs Cənnətlə müjdələnəcəkdir.

Bilin və agah olun! Əlini sevən Kovsər hovuzundan içməmiş və Tuba ağacından yeməmiş bu dünyanı tərk etməyəcəkdir. Həmin kəs özünün Cənnətdə olan yerini görməmiş bu dünyadan köçməz. Əlini sevən kəsin namazları, orucları və gecəni oyaq qalıb ibadət etməsi qəbul olunacaq və o kəs öz dualarına cavab alacaqdır. Bilin ki, mələklər ALLAHDAN Əlini sevən kəsin günahlarının bağışlanmasını istəyəcəklər. Cənnətin 8 qapısı onun üçün açılar və o hansı qapıdan istəsə Cənnətə daxil olar. Əlini sevən kəsin hesab kitabı sağ əlinə veriləcək və peyğəmbərlər(ə) kimi sorğu sual olunacaqlar.
Bilin və agah olun ! ALLAH Əlini sevən kəsin ölümünü asanlaşdıracaq və onun qəbrini Cənnət bağlarından bir bağa çevirəcək. ALLAH Əlini sevən kəsə bədənində olan damarların sayı qədər Cənnət hurisi bəxş edəcək və öz ailəsindən 80 nəfərə şəfaət etmək imkanı verəcək. ALLAH Əlini sevən kəs üçün ölüm mələyini peyğəmbərlərə(ə) göndərdiyi tərzdə göndərəcək. ALLAH onu Nəkir və Munkərin qorxulu sorğu-sualından azad edəcək, üzünü ağ edərək nurlandıracaq. və o şəhidlər ağası olan Həmzəylə(ə) birgə olacaq .
Bilin və agah olun! ALLAH Əlini sevən kəsin qəlbinə elm və hikmət nazil edər, dili həqiqəti danışmaqla mehribanlıqla açılar və rəhmət qapılarnı onun üzünə açılar.
Bilin və agah olun! Bu cür insan ALLAHIN yerdə və göydə olan məhəbbət kəmındinin əsiri sayılar.
Bilin və agah olun!Mələk Ərşin altından Əlini sevən kəsə deyəcək: “Ey ALLAHIN qulu, əməlinə yenidən başla! Çünki ALLAH sənin bütün günahlarını bağışlamışdır.”
 Bilin və agah olun! Əlini sevən kəs Qiyamət günü diriləcək və onun üzü gecə çıxan 14 gecəlik ay kimi parıldayacaqdır.  Bilin və agah olun! ƏLini sevən kəsin başına tac qoyulacaq və əyninə şərəf geyimi geyindiriləcəkdir.
Bilin və agah olun! Əlini sevən kəs Sirat körpüsündən ildırım kimi keçəcəkdir.
Bilin və agah olun! Əlini sevən kəsə Cəhənnəm odundan azad olmaq, Sirat körpüsündən keçmək icazəsi və cəzalanmaqdan amanda qalmaq bəxş ediləcəkdir. Onun üçün sorğu sual tərəzisi qurulmayacaq və ona belə deyiləcəkdir: “Cənnətə sorğu-sualsız daxil ol…”
 Bilin və agah olun! Mələklər Əlini sevən kəslə əllə görüşəcəklər, peyğəmbərlər(ə) ona baş çəkəcək və ALLAH onun bütün istəklərini yerinə yetirəcək…
Bilin və agah olun! ALLAH, peyğəmbər(s.ə.a.s.) ailəsini(ə) sevən kəsi haqq-hesabdan , tərəzidən və Sirat körpüsündə ayağının büdrəməsindən amanda saxlayacaq. Mən Əhli Beytimi(ə) sevərək ölən şəxsə Cənnətdə peyğəmbərlərlə(ə) birgə olmağı zəmanət verirəm.
Bilin və agah olun! Əhli Beytə(ə) düşmənçilik edərək ölən kəs heç vaxt Cənnətin ətrini duymayacaqdır.
Bilin və agah olun!

İstinad edilən mənbə: Şeyx Səduq , Fəzailuş-şiə – Sifatuş – şiə, 1ci hədis

Paylaş:
Baxış sayı: 13784

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 + 18 =