Haramdan cünub olmuş şəxsin təri

Haramdan cünub olmuş şəxsin təri

Bismillahir Rəhmanir Rəhim
Allah təbarəkə və taala İsra surəsinin 32-ci ayəsində buyurur:
وَلاَ تَقْرَبُوا الزِّنَى إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلاً
“Zinaya yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”
Əli ibni Salim İmam Sadiq (ə)-dan rəvayət edir ki, İmam (ə) belə buyurdu:
“Qiyamət günü insanlar içində ən şiddətli əzaba düçar olan şəxs o kişidir ki, öz nütfəsini ona haram olan bir rəhmdə qərarlaşdırmışdır.”
Mənbə: (Üsuli-kafi, cild 5, səh 541).
Ayə və hədisdən bizə məlum oldu ki, zina (qeyri-şər`i cinsi yaxınlıq) qiyamət günü müqabilində şiddətli bir əzab olan göyük günahlardandır. Həmçinin livat (iki kişinin cinsi yaxınlığı) və istimna (bir şəxsin özündən sperma xaric etməsi) da bu qəbildəndir və böyük günahlardan hesab olunur.
Sual:
Bəs görəsən insan bu günahları etdiyi zaman bədəni tərləsə və paltarı da bu tərə bulaşsa bu paltarla sonra namaz qıla bilər mi? Yəni haram yolla cünub olan şəxsin (boynuna cənabət qüslü gələn şəxsin) təri pakdır yoxsa nəcisdir?
Cavab:
Ayətullah Sistani:
Haramdan cünub olan şəxsin təri pakdır və o tərlə də namaz qılmaq icazəlidir. Amma daha yaxşı olar ki, bu şəxsin təri zina, livat, istimna və haiz (aybaşı olan) xanımla yaxınlıq etmək kimi haramlığı sabit olan və cünub olmağa səbəb olan şeylərdən olsa bu tərdən çəkinilsin. Lakin bu hökm orucunu və nəzrini cinsi yaxınlıqla pozaraq günah etdiyi halda tərləyən şəxsin tərinə şamil deyil.
Mənbə: “Minhacus-salihin, cild 1, məsələ 409”.
Ayətullah Vəhid Xorasani:
Haramdan cünub olan şəxsin təri pakdır. Lakin o tərlə namaz qılmaq ehtiyyat vacibə əsasən icazəli deyil. Bu hökm, təri zina, livat, istimna və haiz (aybaşı olan) xanımla yaxınlıq etmək kimi haramlığı sabit olan və cünub olmağa səbəb olan şeylərə məxsusdur. Lakin ehtiyata əsasən orucunu və nəzrini pozmaqla günah etdiyi halda tərləyən şəxsin tərinə də şamildir.
Mənbə: “Minhacus-salihin, cild 2, məsələ 408”.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 12211

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.