Həzrəti Abbas ibni Əlinin(ə) ziyarəti

Həzrəti Abbas ibni Əlinin(ə) ziyarəti.

ALLAH, SƏNİNLƏ FƏRAT ÇAYI ARASINA GİRƏNLƏRƏ LƏNƏT ETSİN !

Əbu Həmzə Somali, İmam Sadiqdən (ə) nəql edir: “Əbülfəzl Abbas ibn Əlinin (ə) Fərat kənarında, İmam Hüseynin (ə) müqəddəs məzarının yaxınlığında olan qəbrini ziyarət etmək istədikdə hərəmin qapısında dayan və de:”Allahın, müqərrəb mələklərinin, mürsəl peyğəmbərlərinin, əməlisaleh bəndələrinin, bütün şəhid və siddiqlərin pak-pakizə sa-
lamları hər zaman sənə olsun, ey Əmirəl-mömininin oğlu! Şəhadət verirəm ki, mürsəl peyğəmbərin xəlifəsi (yadigarı), seçilmiş nəvə-
si, alim dəlili, təbliğatçı vəsisi, məzlum və haqqı tapdanmış canişininə tabe oldun, onu təsdiq etdin, nəsihətlərinə qulaq asıb əhdinə
vəfa etdin. Uca Allah sənə səbir etdiyinə, imtahan verib yaxşılığıəmr etdiyinə, imamına kömək etdiyinə görə Peyğəmbərin (s),
Əmirəl-möminin (ə), Həsən (ə) və Hüseynin (ə) tərəfindən ən yaxşıəcr və mükafat versin! Sənin gedəcəyin yer necə də yaxşıdır! Allah
səni qətlə yetirənlərə, haqqını inkar edənlərə, hörmətini yüngül sayanlara, səninlə Fərat çayı arasına girənlərə lənət etsin! Şəhadət
verirəm ki, həqiqətən sən məzlumcasına qətlə yetirilmisən vəhəqiqətən Uca Allah sizə vəd etdiyinə vəfa edəcək. Ey Əmirəl-mömininin oğlu, sizin qəbrinizin ziyarətinə gəlmişəm, qəlbim də sizə təslimdir, özüm də sizə tabeyəm. Uca Allah hökm edənə qədər Yardımım sizinlədir. O, ən yaxşı hökm edəndir!
Mən sizinləyəm, əsla düşmənlərinizlə birgə deyiləm. Həqiqətən mən sizə və sizin qayıtmağınıza imanlı olanlardan, sizə qarşı
çıxıb qətlə yetirənlərə isə kafir olanlardanam. Sizi əlləri və dilləri ilə qətlə yetirən ümməti Allah öldürsün!”

Sonra hərəmə daxil olaraq qəbirə tərəf əyil və de:
“Salam olsun sənə, ey Allaha, rəsuluna, Əmirəl-mömininə, Həsənə və Hüseynə müti olan əməlisaleh bəndə! Allahın salamı,
rəhməti, bərəkəti, məğfirəti və rizvanı sənin ruhuna və bədəninəolsun! Allahı da şahid tuturam ki, həqiqətən sən Bədr şəhidləri,
Allah yolunun mücahidləri, Allah düşmənləri ilə cihadda Allah xatirinə nəsihət edənlər, Allah övliyalarına yardımda əlindən gələni əsirgəməyənlər, onları müdafiə edənlər kimi hərəkət etdin. Allah sənə, öz beyətinə vəfalı qalıb dəvətini qəbul edənlərə, əmr sahiblərinə itaət edənlərə verdiyi xeyirli mükafatının ən
yaxşısını, ən çoxunu və ən genişini əta etsin! Şəhadət verirəm ki, həqiqətən sən var gücünlə nəsihət etdin, var gücünlə çalışdın. Allah səni şəhidlər zümrəsində dirildib ruhunu səadətə çatanların ruhu ilə qovuşdursun, Öz yanında, cənnətlər içrə ən geniş mənzili, ən gözəl otaqları olan bir Cənnət əta etsin. Sənin zikrini İlliyyuna ucaltsın və səni peyğəmbərlər, siddiqlər, şəhidlər, salehlər iləbirlikdə məhşur etsin. Onlar necə də gözəl yoldaşlardırlar!
Şəhadət verirəm ki, sən əsla süstlük etmədin, qorxmadın, geri qayıtmadın və həqiqətən bu işləri bəsirətlə edib, salehlərə iqtida,
peyğəmbərlərə tabe olaraq köçdün. Allah bizi, səni, Öz rəsulunu vəövliyalarını qəlbləri aram olanların mənzilində qovuşdursun. Həqiqətən də O, rəhm edənlərin ən rəhmlisidir!”

(Cəfər İbni Muhəmməd İbn Qavləveyh Qumi, Kamiluz-Ziyarat, səh 472-473)

Paylaş:
Baxış sayı: 12174

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × two =