Həddi-büluğun əlamətləri

Həddi-büluğun əlamətləri

Məsələ 1. Qızlar üçün həddi-büluğun əlaməti qəməri (sinodik, ay) təqvimi ilə 9 yaşın tamam olmasıdır(4). Oğlanların həddi-büluğa çatmasının əlaməti isə aşağıdakı dördş eydənbiridir:
1) qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması;
2) üzdə və dodağın üstündə sərt tüklərin çıxması;
3) istər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı;
3) qəməri təqvimlə 15 yaşın tamam olması.
Sadalanan əlamətlərin hər biri insanın həddi-büluğa və eləcə də təklif həddinə çatmasının əlamətidir və həmin andan etibarən təklifin digər şərtləri də mövcud olduğu təqdirdə bütün ilahi göstərişlərin icrası insana vacibdir. Qız həddi-büluğa oğlandan bir neçə il tez çatdığına görə qadının mükəlləfiyyətə daha öncə qədəm qoyması onun Allahla ünsiyyətə və kamala doğru hərəkətə daha sürətli hazırlığından xəbər verir.
Məsələ 2. Oğlanlarda sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxması, səsin qalınlaşması və s. həddi-büluğ əlaməti deyildir.

Paylaş:
Baxış sayı: 10133

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.