Həcc – istitaət

Həcc – istitaət

Sual: Həccə getmək üçün əlimdə nağd pulum yoxdur amma borc ala bilərəm. Sualım budur ki, borcu vaxtında qaytarmaq imkanım varsa, borc alıb həccə gedə bilərəmmi? Bu həcc mənim üçün vacib həcc sayılır, yoxsa müstəhəb həcc sayılır?

Cavab: O şəxs müstəti (həcc üçün imkanlı) sayılır ki, borc və yaxud kreditlərinin miqdarından artıq əmlakı ya da pulu olmuş olsun və bu mal onun həcc xərclərinə kifayət etsin, həmçinin bu pul ya da əmlaka yaşayış xərcləri üçün ehtiyacı olmasın. Elə olmamalıdır ki, yaşayış xərclərini onunla təmin etməsə, çətinliyə düşsün.
Bəli, yerinə yetirəcəyi həcc vacib həcc ola bilər. Bu şəkildə ki, borc alınmış pulu misal üçün, həyat yoldaşına versin və o da bu pulu ona həccə getmək üçün hədiyyə etsin. Bu halda o, bu hədiyyə vasitəsilə müstəti olur. Əlbəttə, bu, o halda ola bilər ki, həccə getmək borcun vaxtında qaytarılması üçün maneə törətməsin.

Paylaş:
Baxış sayı: 6473

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.