Fitrə zəkatı

Fitrə zəkatı

Fitr bayramı məlum olan kimi müsəlman gərək fitrə zəkatı çıxarsın. Bayram namazı qılan şəxs gərək namaza qədər fitrəni çatdırsın. Bayram namazı qılmayanlar isə zöhrə qədər çatdıra bilər. Lakin malından o zəkatı ayırdıqdan sonra saxlasa, hər hansı məntiqli bir səbəb üzündən olarsa, zöhrdən sonra da verə bilər.
Müsəlmana həmçinin onun çörəyini yeyən hesab olunan şəxslər üçün də zəkat çıxarmaq vacibdir.
Bayram axşamı gün batmazdan əvvəl qonağı olanlar, qonaq onun çörək yeyəni hesab edilərsə qonağın fitrəsi ev sahibinə vacibdir. Yox əgər qonaq iftar üçün gəlibsə, zəkatını özü çıxarmalıdır.
Ayrılan zəkat fəqir, şiə, namaz qılan, içki içməyən, aşkarda günah etməyən kəslərə verilməlidir.

Paylaş:
Baxış sayı: 12295

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.