Cümə günü zöhr namazının səslə qılınması

Cümə günü zöhr namazının səslə qılınması

Allah təbarəkə və taala Qurani-kərimdə İsra surəsinin 110-cu ayəsində belə buyurur:
وَ لاَ تَجْهَرْ بِصَلاتِكَ وَ لاَ تُخَافِتْ بِهَا وَ ٱبْتَغِ بَيْنَ ذٰلِكَ سَبِيلاً
“Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!”

Bildiyimiz kimi, kişilərin sübh, şam və xiftən namazlarında Həmd və Surəni səslə oxuması, zöhr və əsr namazlarında isə cümə günü istisna olmaqla *“Bismillahir Rəhmanir Rəhim”*–dən başqa yerlərini isə səssiz oxuması vacibdir. Lakin xanımlar bu barədə ixtiyar sahibidirlər. Bu mənada ki, xanımların səslə oxunulması vacib olan yerdə səslə və ya səssiz oxuması icazəlidir. Amma səssiz oxunulması vacib olan yerlərdə isə səssiz oxuması vacibdir. Bu barədə olan bir hədisi nəzərinizə çatdıraq:
HƏDİS:
Əli ibni Cəfər deyir ki, mən qardaşım Musa ibni Cəfər (ə)-dan soruşdum:-Xanımlara vacib namazlarında qiraəti səslə demək vacibdir mi?
İmam (ə) cavabında buyurdu: Xeyr, vacib deyil. Amma xanımlarla bir yerdə olan öz səsini eşidə biləcəyi qədər səslə deyə bilər.
Mənbə: “Vəsailuş-şiə, namazın qiraəti bablarından 31-ci bab, hədis 2”.
SUAL:
Cümə namazının ehtiyata əsasən səslə qılınması vacibdir. Bəs görəsən bu hökm cümə günü cümə namazının əvəzinə zöhrü namazını qılan şəxsə şamil olur?
CAVAB:
Fəqihlərin rəylərindən öncə bu barədə olan bir hədisi nəzərinizə çatdırmaq istəyirik:
HƏDİS:
Muhəmməd ibni Mərvan deyir:
Mən imam Sadiqdən (ə) “cümə günü səfərdə olan zaman zöhr namazını necə qılaq” deyə soruşdum. İmam (ə) cavabında buyurdu: İki rükət qıl və qiraətini səslə oxu.
Mənbə: “Vəsailuş-şiə, namazın qiraəti bablarından 73-cü bab, hədis 7”.

Hədisdən göründüyü kimi, İmam (ə) ondan sual edən şəxsə cümə günü zöhr namazını səslə qılmağı buyurur.

Ayətullah Seyyid Sistani:
مسألة ٦١٧:
الأحوط وجوباً للرجال الجهر بالقراءة في صلاة الصبح و في الأوليين من صلاتي المغرب و العشاء، و الإخفات في غير الأوليين منهما، و كذا في صلاة الظهر ــ في غير يوم الجمعة كما سيأتي ــ و في صلاة العصر، عدا البسملة فإنه يستحب فيهما الجهر بها.
و الأحوط وجوباً الجهر بالقراءة في صلاة الجمعة و يستحب ذلك في الأُوليين من صلاة الظهر في يوم الجمعة أيضاً.
MƏSƏLƏ 617:
“Ehtiyyat-vacibə əsasən gərək kişilər sübh namazının qiraətini, şam və xiftən namazlarında isə əvvəl iki rükətin qiraətini səslə oxusunlar və bu iki rükətdən başqa rükətləri isə səssiz oxusunlar. Həmçinin (Cümə günündən başqa günlərdə) “Bismillahir-Rəhmanir-Rəhim” istisna olmaqla gərək Zöhr və Əsr namazlarının qiraətini də səssiz oxusunlar. Çünki bu iki namazda Bismillahı səslə demək müstəhəbdir.
Ehtiyyat-vacibə əsasən Cümə namazının qiraəti səslə oxunmalıdır.
Cümə günündə qılınan Zöhr namazında isə Həmd və Surəni səslə demək müstəhəbdir”.
Mənbə: “Minhac, cild 1, məsələ 617”.

Ayətullah Vəhid Xorasani:
مسألة ٦١٧:
يجب على الرجال الجهر بالقراءة في الصبح و الأوليين من المغرب، و العشاء، و الإخفات في غير الأوليين منهما، و كذا في الظهر والعصر في غير يوم الجمعة عدا البسملة، أما فيه فيستحب الجهر في الظهر على الأقوى، و لا يترك الاحتياط بالجهر في صلاة الجمعة.
MƏSƏLƏ 617:
“Kişilərə vacibdir ki, sübh namazının qiraətini, şam və xiftən namazlarında isə əvvəl iki rükətin qiraətini səslə oxusunlar və bu iki rükətdən başqa rükətləri isə səssiz oxusunlar. Həmçinin (Cümə günündən başqa günlərdə) “Bismillahir-Rəhmanir-Rəhim” istisna olmaqla gərək Zöhr və Əsr namazlarının qiraətini də səssiz oxusunlar.
Ən güclü fikrə əsasən Cümə günündə qılınan Zöhr namazında Həmd və Surəni səslə demək müstəhəbdir”.
Ehtiyyat-vacibə əsasən Cümə namazının qiraəti səslə oxunmalıdır.
Mənbə: “Minhac, cild 2, məsələ 617”.

Paylaş:
Baxış sayı: 12634

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen + nine =