Boynunda bir neçə qüsul olan şəxsin vəzifəsi

Boynunda bir neçə qüsul olan şəxsin vəzifəsi

Bismilləhir-rahmənir-rahim

Bəzi vacib əməllər var ki, özü özlüyündə vacibdir. Yəni o əməlin vacibliyi digər vacib əməli yerinə yetirmək üçün vasitə deyil. Namaz, oruc kimi vacib əməllər. Yəni, namaz özü özlüyündə vacibdir. Bəzi əməllər də var ki, özü özlüyündə vaciv deyil. Lakin başqa vacib əməli yerinə yetirmək üçün vacib olur. Dəstəmaz, qüsul kimi əməllər. Yəni,dəstəmaz öz özlüyündə vacib deyil. Amma namaz qılmaq üçün vacibdir ki, dəstəmaz alınsın. Həmçinin qüsul da öz özlüyündə vacib deyil. Amma namaz qılmaq üçün birinin boynunda cənabət qüsulu (və ya digər vacib qüsullardan biri) olarsa, vacibdir ki, qüsul alsın.

Vacib qüsullar 7 qismdir.

1. Cənabət qüslü. 2. Heyz qüslü. 3. Nifas qüslü. 4. İstihazə qüslü. 5. Məssi-meyyit qüslü. 6. Meyyit qüslü. 7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.

Mümkündür ki, bir insanın boynuna bu qüsullardan biri və ya bir neçəsi olmuş olsun. Yəni, bir insan həm cünub olsun, eyni zamanda əlini, bədəni soyumuş və meyyit qüsulu verilməmiş bir meyyitə toxundurmaqla boynunda məssi meyyit qüsulu olsun.

İndi sual yaranır ki, bir nəfərin boynunda iki və ya üç vacib qüsul olarsa, hamısının əvəzinə ayrı ayrılıqda qüsul almalıdır yoxsa hamısını niyyət edərək bir qüsul ala bilər?

Bu sualın cavabında bir neçə fəqihin nəzərini qeyd edirik:

Ayətullah Seyyid Əli Sistani: Boynuna bir neçə qüsl vacib olan şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. Zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir. (Tovzihul-məsail, 387-ci məsələ).

Ayətullah Seyyid Əli Xamenei: Bir neçə qüsul boynuna vacib olan şəxs, edə bilər ki, onların hamısın niyyət edərək bir qüsul versin. (Əcvəbətul-İstiftaat, s.187)

Ayətullah Məkarim Şirazi: Bir neçə vacib qüsulu, ya bəzisi vacib bəzisi müstəhəb olan qüsulları, bir niyyətlə yerinə yetirmək olar. Yəni şəxs, cənabət, heyz, məssi meyyit, eləcə də cümə qüslu kimi müstəhəb qüsulları niyyət edərək bir qüsul yerinə yetirərsə, boynundakı qüsulların hamısı boynundan götürülər. (Tovzihil-məsail, 400-cü məsələ)

Müəllif: Kərbəlayi Asif Əsədullah.

Paylaş:
Baxış sayı: 10478

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × four =