Bayram və əlamətdar günlər

Bayram və əlamətdar günlər

Sual: “Milad bayramı”-nı qeyd etmək, icazəlidirmi?

Cavab: Əgər bu küfrə, günaha və çalıb-oxumağa rəvac verərsə, icazəli deyil.

Sual: Əlamətdar günlərdə atəş açmaq (güllə atmaq), icazəlidirmi?

Cavab: Əgər bu barədə (bunu qadağan edən) qəbul edilmiş qanun varsa, onu pozmaq icazəli deyil.

Sual: “Analar bayramı” barədə şəriətin hökmü nədən ibarətdir?

Cavab: Bunun (bunu qeyd etməyin) maneəsi yoxdur.

Sual: “Sevgi bayramı”-nı qeyd etməyin hökmü nədir?

Cavab: Fəsad və küfrə rəvac vermədiyi təqdirdə, maneəsi yoxdur.

Sual: İl başında “Milad bayramı”-nı qeyd edə bilərikmi?

Cavab: Xristianlığa rəvac verdiyi təqdirdə, icazəli deyil.

Sual: Qeyri-İslami bayram məclislərində iştirak etmək icazəlidirmi?

Cavab: Əgər xristianlığa və yaxud fəsada rəvac verərsə, icazəli deyil.

Sual: Nəql olunan rəvayətlərin fərqliliyinə görə əhli-beytin (ə) doğum və vəfat günlərinin də tarixi fərqlidir. Matəm və bayram günlərinin keçirilməsi ilə bağlı münasib rəyiniz nədir?

Cavab: Onların (ə) vəfat və doğum günlərini hər ölkənin əhalisinin nəzərində vəfat, yaxud doğum günü kimi məşhur olan gündə qeyd etmək yaxşıdır.

Sual: “Milad bayramı” ağacının alqı-satqısının hökmü nədir?

Cavab: Azğınlığa rəvac vermək sayılmadığı təqdirdə, maneəsi yoxdur.

Paylaş:
Baxış sayı: 10912

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.