Bəd nəzərdən qorunmaq üçün dua

Bəd nəzərdən qorunmaq üçün dua
Bu məqsədlə:

 

وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ اِنَّهُ لَمَجْنُونٌ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
مَا شـآءَاللهُ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ

Və in yəkadulləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləm-ma səmiuz zikr, və yəqulunə innəhu ləməcnun, və ma huvə illa zikrul lil aləmin.
Ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.

Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlar və cinlərə) ancaq bir öyüd-nəsihətdir!
ayəsi oxunsun.
İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, əgər bir şəxs özünün başqasına və yaxud başqasının ona bəd nəzər etməsindən qorxsa, üç dəfə desin:
Allahın istədiyi mütləq gerçəkləşir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Yenə də nəql olunmuşdur ki, hər kəsin yaxşı bədəni və qiyafəsi olsa, evdən çıxanda, “Fələq” və “Nas” surələrini oxusun. Mütəal Allahın iznilə ona heç bir ziyan yetirilməz.
Həmçinin bəd nəzər üçün göstəriş verilmişdir ki, əllərini üzünün qarşısında saxlayıb “Həmd”, “İxlas”, “Fələq” və “Nas” surələrini oxuduqdan sonra əlini alnına çəksin.

Paylaş:
Baxış sayı: 11911

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − 8 =