Əhd duası

Əhd duası

Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: “Hər kim qırx gün sübh vaxtı bu duanı oxusa, bizim Qaimin (ə.c) köməkçilərindən olar. Əgər bu şəxs, İmam Zaman (ə.c) zühur etməmişdən qabaq dünyadan köçsə, Allah taala onu qəbirdən qaldırar. Bu duanın hər bir kəlməsinə Allah taala ona min savab yazıb, onun min günahını silər. Bu dua, aşağıdakı duadır:

اللَّهُمَّ رَبَّ النُّورِ الْعَظِيمِ وَ رَبَّ الْكُرْسِيِّ الرَّفِيعِ وَ رَبَّ الْبَحْرِ الْمَسْجُورِ وَ مُنْزِلَ التَّوْرَاةِ وَ الْإِنْجِيلِ وَ الزَّبُورِ وَ رَبَّ الظِّلِّ وَ الْحَرُورِ وَ مُنْزِلَ الْقُرْآنِ [الْفُرْقَانِ‏] الْعَظِيمِ وَ رَبَّ الْمَلائِكَةِ الْمُقَرَّبِينَ وَ الْأَنْبِيَاءِ [وَ] الْمُرْسَلِينَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِوَجْهِكَ [بِاسْمِكَ‏] الْكَرِيمِ وَ بِنُورِ وَجْهِكَ الْمُنِيرِ وَ مُلْكِكَ الْقَدِيمِ يَا حَيُّ يَا قَيُّومُ أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي أَشْرَقَتْ بِهِ السَّمَاوَاتُ وَ الْأَرَضُونَ وَ بِاسْمِكَ الَّذِي يَصْلَحُ بِهِ الْأَوَّلُونَ وَ الْآخِرُونَ يَا حَيّا قَبْلَ كُلِّ حَيٍّ وَ يَا حَيّا بَعْدَ كُلِّ حَيٍّ وَ يَا حَيّا حِينَ لا حَيَّ يَا مُحْيِيَ الْمَوْتَى وَ مُمِيتَ الْأَحْيَاءِ يَا حَيُّ لا إِلَهَ إِلا أَنْتَ اللَّهُمَّ بَلِّغْ مَوْلانَا الْإِمَامَ الْهَادِيَ الْمَهْدِيَّ الْقَائِمَ بِأَمْرِكَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ وَ عَلَى آبَائِهِ الطَّاهِرِينَ عَنْ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فِي مَشَارِقِ الْأَرْضِ وَ مَغَارِبِهَا سَهْلِهَا وَ جَبَلِهَا وَ بَرِّهَا وَ بَحْرِهَا وَ عَنِّي وَ عَنْ وَالِدَيَّ مِنَ الصَّلَوَاتِ زِنَةَ عَرْشِ اللَّهِ وَ مِدَادَ كَلِمَاتِهِ وَ مَا أَحْصَاهُ عِلْمُهُ [كِتَابُهُ‏] وَ أَحَاطَ بِهِ كِتَابُهُ [عِلْمُهُ‏] اللَّهُمَّ إِنِّي أُجَدِّدُ لَهُ فِي صَبِيحَةِ يَوْمِي هَذَا وَ مَا عِشْتُ مِنْ أَيَّامِي عَهْدا وَ عَقْدا وَ بَيْعَةً لَهُ فِي عُنُقِي لا أَحُولُ عَنْهَا وَ لا أَزُولُ أَبَدا اللَّهُمَّ اجْعَلْنِي مِنْ أَنْصَارِهِ وَ أَعْوَانِهِ وَ الذَّابِّينَ عَنْهُ وَ الْمُسَارِعِينَ إِلَيْهِ فِي قَضَاءِ حَوَائِجِهِ [وَ الْمُمْتَثِلِينَ لِأَوَامِرِهِ‏] وَ الْمُحَامِينَ عَنْهُ وَ السَّابِقِينَ إِلَى إِرَادَتِهِ وَ الْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْهِ اللَّهُمَّ إِنْ حَالَ بَيْنِي وَ بَيْنَهُ الْمَوْتُ الَّذِي جَعَلْتَهُ عَلَى عِبَادِكَ حَتْما مَقْضِيّا فَأَخْرِجْنِي مِنْ قَبْرِي مُؤْتَزِرا كَفَنِي شَاهِرا سَيْفِي مُجَرِّدا قَنَاتِي مُلَبِّيا دَعْوَةَ الدَّاعِي فِي الْحَاضِرِ وَ الْبَادِي اللَّهُمَّ أَرِنِي الطَّلْعَةَ الرَّشِيدَةَ وَ الْغُرَّةَ الْحَمِيدَةَ وَ اكْحُلْ نَاظِرِي بِنَظْرَةٍ مِنِّي إِلَيْهِ وَ عَجِّلْ فَرَجَهُ وَ سَهِّلْ مَخْرَجَهُ وَ أَوْسِعْ مَنْهَجَهُ وَ اسْلُكْ بِي مَحَجَّتَهُ وَ أَنْفِذْ أَمْرَهُ وَ اشْدُدْ أَزْرَهُ وَ اعْمُرِ اللَّهُمَّ بِهِ بِلادَكَ وَ أَحْيِ بِهِ عِبَادَكَ فَاِنَّكَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَ الْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ فَأَظْهِرِ اللَّهُمَّ لَنَا وَلِيَّكَ وَ ابْنَ بِنْتِ نَبِيِّكَ الْمُسَمَّى بِاسْمِ رَسُولِكَ حَتَّى لا يَظْفَرَ بِشَيْ‏ءٍ مِنَ الْبَاطِلِ إِلا مَزَّقَهُ وَ يُحِقَّ الْحَقَّ وَ يُحَقِّقَهُ وَ اجْعَلْهُ اللَّهُمَّ مَفْزَعا لِمَظْلُومِ عِبَادِكَ وَ نَاصِرا لِمَنْ لا يَجِدُ لَهُ نَاصِرا غَيْرَكَ وَ مُجَدِّدا لِمَا عُطِّلَ مِنْ أَحْكَامِ كِتَابِكَ وَ مُشَيِّدا لِمَا وَرَدَ مِنْ أَعْلامِ دِينِكَ وَ سُنَنِ نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اجْعَلْهُ اللَّهُمَّ مِمَّنْ حَصَّنْتَهُ مِنْ بَأْسِ الْمُعْتَدِينَ اللَّهُمَّ وَ سُرَّ نَبِيَّكَ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ بِرُؤْيَتِهِ وَ مَنْ تَبِعَهُ عَلَى دَعْوَتِهِ وَ ارْحَمِ اسْتِكَانَتَنَا بَعْدَهُ اللَّهُمَّ اكْشِفْ هَذِهِ الْغُمَّةَ عَنْ هَذِهِ الْأُمَّةِ بِحُضُورِهِ وَ عَجِّلْ لَنَا ظُهُورَهُ اِنَّهُمْ يَرَوْنَهُ بَعِيدا وَ نَرَاهُ قَرِيبا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

الْعَجَلَ الْعَجَلَ يَا مَوْلايَ يَا صَاحِبَ الزَّمَانِ

 

Transkripsiya:
Əllahummə rəbbən nuril əzim, və rəbbəl kursiyyir rəfi`, və rəbbəl bəhril məscuri və munzilət Təvrati vəl İncili vəz Zəbur, və rəbbəz zilli vəl hərur, və munziləl Qur`anil (Furqani) əzim, və rəbbəl məlaikətil muqərrəbinə vəl ənbiyail (vəl) mursəlin, Əllahummə inni əs`əlukə bivəchikəl (bismikə) kərim, və binuri vəchikəl munir və mulkikəl qədim, ya həyyu ya qəyyum əs`əlukə bis-mikəlləzi əşrəqət bihis səmavatu vəl ərəzun, və bismikəlləzi yəsləhu bihil əvvəlunə vəl axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bə`də kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl məvta və mumitəl əhya, ya həyyu la ilahə illa ənt, Əllahummə bəlliğ məvlanəl imaməl Hadiyəl Məhdiyyəl qaimə biəmrik, sələvatullahi ələyhi və əla abaihit tahirin, ən cəmiil mu`mininə vəl mu`mi-nat, fi məşariqil ərzi və məğa-ribiha, səhliha və cəbəliha və bərriha və bəhriha, və ənni və ən validəyyə minəs sələvati zinətə ərşillah, və midadə kəlimatih, və ma əhsahu ilmuh (kitabuh), və əhatə bihi kitabuh (ilmuh), Əllahummə inni ucəddidu ləhu fi səbihəti yəvmi haza, və ma iştu min əyyami əhdən və əqdən və bəy`ətən ləhu fi unuqi la əhulu ənha və la əzulu əbəda, Əllahumməc`əlni min ənsarihi və ə`vanih, vəz zabbinə ənhu vəl musariinə iləyhi fi qəzai həvaicih (vəl mumtəsilinə liəvamirih), vəl muhaminə ənhu vəs sabiqinə ila iradətih, vəl mustəşhədinə bəynə yədəyh, Əllahummə in halə bəyni və bəynəhul məvtul-ləzi cəəltəhu əla ibadikə hətmən məqziyya, fəəxricni min qəbri mu`təzirən kəfəni şahirən səyfi məcərridən qənati, muləbbəyən də`vətəd dai fil haziri vəl badi. Əllahummə ərinit təl`ətər rəşidəh, vəl ğurrətəl həmidəh, vəkhul naziri binəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və əvsi` mən-həcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, və`murillahummə bihi biladək, və əh`yi bihi ibadək, fə innəkə qultə və qəvlukəl həqqu zəhərəl fəsadu fil bərri vəl bəhr, bima kəsəbət yədin nas, fə əzhirilla-hummə ləna vəliyyək, vəbnə binti nəbiyyikəl musəmma bis-mi rəsulik, hətta la yəzfərə bi şəy`in minəl batili illa məzzə-qəhu və yuhiqqəl həqqə və yuhəqqiqəh, vəc`əlhullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən ğəyrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və muşəyyidən lima vərədə min ə`lami dinik, və sunəni nəbiy-yikə səlləllahu ələyhi və alih, vəc`əlhullahummə mimmən həssəntəhu min bə`sil mu`tədin, Əllahummə və surrə nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alihi biru`yətih, və mən təbiəhu əla də`vətih, vərhəmistikanətəna bə`dəh, Əllahumməkşif hazihil ğum-mətə ən hazihil umməti bihuzurih, və əccil ləna zuhu-rəhu innəhum yərəvnəhu bəi-dən və nərahu qəriba, birəh-mətikə ya ərhəmər rahimin.

Əl əcəl, əl əcəl, ya məvlayə ya Sahibəz Zəman.

 

Tərcümə:
İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey “Tövrat”ı, “İncil”i və “Zəbur”u nazil edən, ey kölgənin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Quranı nazil edən, ey yaxın mələklərin, peyğəmbərlərin və elçilərin Rəbbi! İlahi, Sənin kərim adına, parlayan zatının nuruna, əzəli mülkünə (səltənətinə) sığınaraq dərgahına əl açıram! Ey (həqiqi) diri, ey qəyyum! İlahi, Sənin səmaları və yerləri işıqlandıran və əvvəldən axıradək ümmətlər içrə (haqq əhlini) islah yoluna yönəldən adlarına sığınaraq dərgahına əl açıram! Ey hər bir dirildən öncə diri olan! Ey hər bir diridən sonra diri qalan! Ey diri olmayan vaxt diri olan! Ey ölüləri dirildən və diriləri öldürən! Ey Səndən başqa tanrı olmayan (həmişə sağ və) diri (varlıq)! İlahi, mövlamıza, bizə hidayətçi və özü hidayət yolunda olan, Sənin əmrlərinin (haqq-ədalətin) bərpasına hazır duran imama (Sənin salamın olsun ona və onun məsum ata-babalarına!) yer üzünün şərq və qərbində, dağ və aranında, su və qurusunda olan bütün mömin kişi və qadınlar, eləcə də, mənim və valideynim tərəfindən ərşinin kütləsi, kəlmələrinin sayı, elminin tutumu, kitabının əhatəsi qədər salam (xeyir-bərəkət) göndər! İlahi, açılan bu sübhdən və keçən ömrümdən belə, yenidən o həzrətlə elə bir əhd-peyman bağlayıram ki, heç vaxt ondan dönməz və onu pozmaram! İlahi, məni o həzrətə köməkçi, dayaq, onun müdafiəsinə qalxanlardan, amalı uğrunda tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, himayə edənlərdən, istəklərinə doğru önə düşən və önündə şəhid olanlardan et! İlahi, əgər bəndələrin üçün təyin etdiyin labüd və qaçılmaz ölüm hökmün mənimlə o həzrətin arasında ayrılıq salarsa, onda məni (zühur əsrində) kəfənimlə, qılıncımı siyirib, nizəm əlimdə, hər zaman dəvətinə (qiyama) “ləbbeyk” (hazıram) deyən halda qəbrimdən çıxart! İlahi, o şücaətli simanı (parlaq haqqı), o vüqarlı alını mənə nişan ver və ona düşən nəzərimlə gözlərimə şəfa bəxş et! Onun zühurunu tez yetir, aşkar olmağını asanlaşdır, yolunu genişləndir, məni onun uğrunda yoluna qoş, əmrini yenilməz et və dayağını möhkəmlət! İlahi, onun gəlişilə diyarlaını abadlaşdır, bəndələrini (mənəviyyatını) dirilt! Çünki Sən nə buyurubsansa qətidir: (Yəni) “İnsanların əlindən quruda və dəryada fəsad törəndi!” İlahi, bizə adı Sənin Rəsulunun adı ilə eyni və onun qızının övladı olan Öz nümayəndəni aşkar et ki, daha batildən yerlə-yeksan etmədiyi bir şey qalmasın və haqqı dirçəldib bərqərar etsin! İlahi, onun vasitəsilə məzlum bəndələrinə pənah ver, Səndən başqa köməyi olmayanlara yardım yetir, kitabının unutdurulan qanunlarını dirçəlt, Sənin dininin sütunlarını, Rəsulunun (ona və Əhli-beytinə salam və salavatın olsun) sünnələrini möhkəmlət və ilahi, onu zalımların təhlükələrindən qoru! İlahi, onun zühuru ilə Peyğəmbərin Məhəmmədi (ona və Əhli-beytinə salam və salavatın olsun) və dəvətinə qoşulanları sevindir və bundan sonra mərhəmətinlə bizə əlac et! İlahi, onun hüzuru ilə bu ümmətin üzərindən ağrı-acını qaldır və bizə onun zühurunu tez yetir! (Öz kitabında buyurduğun kimi:) “Həqiqətdə onlar bunu (zühuru) uzaq, biz isə yaxın görürük.” Sənə and verirəm Öz rəhmətini, ey rəhm edənlərin ən rəhmlisi!
Sonra üç dəfə əlini sağ dizinə vurursan və hər dəfə deyirsən:
Tələs, tələs, ey mövlam, ey Sahibəz-Zaman!

Paylaş:
Baxış sayı: 12266

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − 15 =